Bakı-Tbilisi-Qars dəmir yolu xətti layihəsi ilə bağlı Azərbaycan, Türkiyə və Gürcüstanın nazirləri hər iki aydan bir görüş keçirəcəklər

Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu xətti layihəsi ilə bağlı Azərbaycan, Türkiyə və Gürcüstanın nazirləri hər iki aydan bir görüş keçirəcəklər.
Bu sözləri Türkiyə Respublikasının nəqliyyat, dənizçilik və kommunikasiya naziri Bineli Yıldırım jurnalistlərə müsahibəsində demişdir.
Türkiyəli nazir vurğulamışdır ki, bu ilin sonuna yaxın layihənin digər ölkələrdə də tanıdılması məqsədilə beynəlxalq konfrans keçiriləcəkdir. Bundan əlavə, texniki ekspertlər hər ay görüşəcək, bu layihə ilə bağlı görülmüş işləri qiymətləndirəcəklər.
Layihənin uğurla davam etdirildiyini deyən Bineli Yıldırım bu layihənin bölgə üçün mühüm əhəmiyyət kəsb etdiyini diqqətə çatdırmışdır.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında