Azərbaycanın Təbrizdəki baş konsulluğu İranda həbs olunmuş azərbaycanlı şairlərin qohumları ilə görüşünə razılıq almışdır

Azərbaycanın Təbrizdəki baş konsulluğu İranda həbs olunmuş Azərbaycan Respublikası vətəndaşlarının öz qohumları ilə görüşünə razılıq almağa müvəffəq olmuşdur. 
Bu barədə iyulun 18-də jurnalistlərə Azərbaycanın Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri Elman Abdullayev məlumat vermişdir.
XİN-in sözçüsü qeyd etmişdir ki, Azərbaycanın Təbrizdəki konsulu iyulun 15-17-də İran tərəfi, o cümlədən Şərqi Azərbaycan vilayətinin ostandarı ilə bir neçə görüş keçirmişdir. Görüşlər nəticəsində İranda saxlanılan azərbaycanlı şairlərin qohumları ilə görüşünə icazə verilməsi barədə razılıq əldə olunmuşdur.
"Hazırda görüşün detalları razılaşdırılır. Əsas odur ki, biz vətəndaşlarımızın öz qohumları ilə görüşünə razılıq ala bilmişik. Biz bu məsələni diqqətdə saxlamaqda davam edirik. İran tərəfi hələ də bizə vətəndaşlarımızın saxlanmasının səbəblərini rəsmi şəkildə açıqlamamışdır", - deyə E.Abdullayev əlavə etmişdir.

{nl}

 

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında