Bakı-Tbilisi-Qars dəmir yolu 2014-cü ildə istifadəyə veriləcəkdir

İyulun 18-də "Hilton-Baku" otelində Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu xətti layihəsinin həyata keçirilməsi üzrə Üçtərəfli Əlaqələndirmə Şurasının IV iclası keçirilmişdir.
Azərbaycanın nəqliyyat naziri Ziya Məmmədov, Türkiyənin nəqliyyat, gəmiçilik və kommunikasiya üzrə dövlət naziri Binəli Yıldırım və Gürcüstanın regional inkişaf və infrastruktur naziri Ramaz Nikolaişvilinin iştirakı ilə keçirilən görüşdə BTQ dəmir yolu xəttinin Gürcüstan hissəsinin reablitasiyası, yenidən qurulması və tikinti prosesi, Gürcüstan və Türkiyəni birləşdirən tunelin layihələndirilməsi, ekspertizası və inşası, Türkiyə ərazisində həyata keçirilən tikinti işlərinin gedişatı və s. məsələlər müzakirə olunmuşdur.
Bildirilmişdir ki, BTQ dəmir yolu əvvəlcədən planlaşdırıldığı kimi, 2014-cü ildə tam istifadəyə veriləcəkdir. "Dəmir İpək yolu" adlandırılan layihə qardaş ölkələrimizin iqtisadiyyatının şaxələndirilməsinə və inkişafına təkan verəcək, eləcə də Avropa ilə Asiyanı bir-birinə daha yaxın edəcəkdir.
Sonda Bakı-Tbilisi-Qars dəmir yolu xətti layihəsinin həyata keçirilməsi üzrə Üçtərəfli Əlaqələndirmə Şurasının IV iclasının protokolu imzalanmışdır.
Qeyd edək ki, BTQ dəmir yolu layihəsinin həyata keçirilməsi və Bosfor boğazında dəmir yolu tunelinin inşası Transavropa və Transasiya dəmir yolu şəbəkələrinin birləşdirilməsini, yük və sərnişinlərin birbaşa Azərbaycan, Gürcüstan və Türkiyə ərazilərindən keçməklə Avropa və Asiyaya çıxışını təmin etməklə yanaşı, region ölkələrinin tranzit potensialının artmasına, Avropaya inteqrasiya proseslərinin sürətlənməsinə və əməkdaşlığın daha da inkişafına, habelə ölkəmizin xarici iqtisadi əlaqələrinin genişlənməsinə xidmət edəcəkdir.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında