Azərbaycan və Türkiyə həmkarlar ittifaqları arasında əməkdaşlığın inkişafından razılıq ifadə olunmuşdur

Ölkəmizdə səfərdə olan Türk Təhsil İşçiləri Həmkarlar İttifaqı Mərkəzinin (Türk Eğitim-Sen) nümayəndə heyəti iyulun 18-də Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında (AHİK) olmuşdur.
AHİK-in sədri, Milli Məclisin deputatı Səttar Mehbalıyev bir millət, iki dövlət olan Azərbaycan ilə Türkiyə arasında əlaqələrin yüksək səviyyəsinin qardaş ölkələrimizin həmkarlar ittifaqları təşkilatlarının əməkdaşlıq baxımından əhəmiyyətini qeyd etmişdir. Sədr vurğulamışdır ki, bu cür səfərlər iki qardaş ölkənin həmkarlar ittifaqları təşkilatları arasında əlaqələrin daha da inkişaf etdirilməsinə mühüm töhfə verəcəkdir.
Azərbaycan-Türkiyə münasibətlərinin bütün sahələrdə inkişaf etdiyini diqqətə çatdıran S.Mehbalıyev bildirmişdir ki, müstəqilliyini bərpa etməsindən ötən dövr ərzində ölkəmizdə 1000-dən artıq Türkiyə şirkəti fəaliyyət göstərir. Bu şirkətlər tərəfindən Azərbaycana yeddi milyard dollardan çox sərmayə qoyulmuşdur. Eyni zamanda, son 20 ildə Azərbaycan şirkətləri Türkiyəyə səkkiz milyard dollar məbləğində sərmayə yatırmışlar. Bu sərmayənin yeddi milyard dolları Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin payına düşür. Hazırda Türkiyədə 850 Azərbaycan şirkəti fəaliyyət göstərir.
Dünyanın bir çox ölkəsində iqtisadi, sosial böhranların baş verdiyini vurğulayan AHİK-in sədri qardaş ölkələr olan Azərbaycanın və Türkiyənin sürətlə inkişaf etdiklərini diqqətə çatdırmışdır. Azərbaycanın və Türkiyənin uğurla reallaşdırdıqları layihələrin qardaş ölkələrimizin və xalqlarımızın ümumi rifahına xidmət etdiyini vurğulayan S.Mehbalıyev Azərbaycan-Türkiyə əlaqələrinin bundan sonra da inkişaf edəcəyinə əminliyini bildirmişdir.
Azərbaycana səfər etməkdən məmnunluğunu bildirən Türk Eğitim-Senin qanunvericilik və kollektiv danışıqlar üzrə katibi Mehmet Yaşar Şahindoğan ölkəmizin sürətli inkişafına qəlbdən sevindiklərini demişdir. Azərbaycanın və Türkiyənin həmkarlar ittifaqları təşkilatları arasında əlaqələrin son illərdə sürətlə inkişaf etdiyini deyən qonaq bu əməkdaşlığın daha da möhkəmləndirilməsinin vacibliyini vurğulamışdır. Katib bildirmişdir ki, Azərbaycan və Türkiyə ölkələrimiz ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında ortaq mövqedən çıxış edirlər. Bu, xalqlarımız və ölkələrimiz arasında qardaşlıq münasibətlərinin əyani təzahürüdür.
Görüşün sonunda qarşılıqlı xatirə hədiyyələri təqdim olunmuşdur.

{nl}

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında