Paytaxtdakı "1001 gecə" istirahət mərkəzində törədilmiş qətlin üstü "isti izlər"lə açılmışdır

İyulun 17-də saat 03 radələrində Səbail rayonu, Salyan yolu - 32 ünvanda fəaliyyət göstərən "1001 gecə" istirahət mərkəzində naməlum şəxs odlu silahdan atəş açaraq Xəzər rayon sakini Bayramov Ramal Abdulla oğluna döş qəfəsindən, İmişli rayon sakini Mənsimov Səməd İbadət oğluna isə qolundan xəsarət yetirmişdir.
Hər iki şəxs güllə yarası ilə Klinik Tibbi Mərkəzə yerləşdirilmişdir. Ramal Bayramov aldığı xəsarətdən xəstəxanada ölmüşdür.
Baş Prokurorluğun mətbuat xidmətindən bildirmişlər ki, Səbail Rayon Polis İdarəsindən daxil olmuş məlumat əsasında Rayon Prokurorluğunun əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertin iştirakı ilə hadisə yeri və meyitə baxış keçirilmiş, 3 ədəd 9 kalibrli giliz, 2 güllə, 1 cib bıçağı, qana bənzər ləkələr, meyitin bədənində 1 güllə aşkar edilərək götürülmüşdür. Hadisə yerinin, meyitin fotoşəkilləri çəkilməklə xarici müayinə aparılmış və ölümün səbəblərinin müəyyənləşdirilməsi məqsədilə məhkəmə-tibb ekspertizası təyin edilməklə digər zəruri hərəkətlər yerinə yetirilmişdir.
Fakta görə Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə), 29, 120.2.7-ci (qəsdən adam öldürməyə cəhd) və 228.1-ci (qanunsuz olaraq odlu silah əldə etmə, saxlama, gəzdirmə) maddələri ilə cinayət işi başlanmışdır.
Rayon Prokurorluğu və Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində cinayətin Mirələmov Rəşad Əlirza oğlu tərəfindən törədildiyi müəyyən edilmiş və o, şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilmişdir.
Həyata keçirilən tədbirlərlə cinayətdə istifadə edilmiş "Makarov" tipli tapança hadisə yerinin yaxınlığından tapılaraq maddi sübut kimi götürülmüşdür.
Hazırda Baş Prokurorluğun Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsində iş üzrə istintaq davam etdirilir.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında