Fərdi jurnalist yazıları müsabiqəsinin qalibləri mükafatlandırılmışlar

İyulun 18-də Nizami Rayon İcra Hakimiyyəti və Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun "Nizami rayonunun sosial-iqtisadi inkişafı: real vəziyyət və perspektivlər" mövzusunda birgə təşkil etdikləri fərdi jurnalist yazıları müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimi keçirilmişdir.
Tədbirdə Nizami Rayon İcra Hakimiyyətinin başçısı Tahir Budaqov və Fondun icraçı direktoru Vüqar Səfərli qalibləri təbrik etmişlər.
Bildirilmişdir ki, müsabiqənin məqsədi Nizami rayonunun sosial-iqtisadi və ictimai həyatında baş verən prosesləri mətbuat vasitəsilə ictimaiyyətə daha yaxından çatdırmaqdır.
Millimətbuatımızın çətin və şərəfli yol keçdiyini söyləyən natiqlər dövlətin müstəqil mətbuata daim qayğı göstərdiyini diqqətə çatdırmışlar.
Vurğulanmışdır ki, iyunun 12-dən iyulun 12-dək davam edən müsabiqəyə ümumilikdə 31 yazı daxil olmuş və onlardan 6-sı qalib hesab edilmişdi. Bunlardan əlavə, 10 nəfərə həvəsləndirici mükafat verilməsi nəzərdə tutulmuşdur.
Sonra mükafatlandırma mərasimi keçirilmiş və qaliblərə xüsusi diplom və pul mükafatları təqdim olunmuşdur.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında