Radoslav SİKORSKİ: "Polşa qondarma Dağlıq Qarabağ Respublikasını tanımır"

Azərbaycan ilə Polşa arasında ikitərəfli münasibətlər yüksək səviyyədədir. 
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov bu fikri iyulun 18-də Bakıda polşalı həmkarı Radoslav Sikorski ilə görüşün yekunlarına əsasən keçirilmiş mətbuat konfransında söyləmişdir.
Nazir qeyd etmişdir ki, danışıqlar zamanı Azərbaycan ilə Polşa arasında siyasi və energetika sahələrində əməkdaşlıq məsələlərinə toxunulmuş, habelə ticarət sahəsində ikitərəfli münasibətlərin yaxşılaşdırılması perspektivləri müzakirə edilmişdir. Nazir onu da bildirmişdir ki, tərəflər xidməti pasportları olan şəxslər üçün viza rejiminin ləğv edilməsi məsələsini müzakirə etmişlər.
Polşalı nazir öz növbəsində demişdir: "Azərbaycanın Avropa ilə sıx əlaqələr yaratmaq istəyi bizi sevindirir". Onun sözlərinə görə, "Şərq tərəfdaşlığı" proqramı çərçivəsində Azərbaycan ilə Polşa arasında əməkdaşlığı genişləndirmək üçün böyük potensial imkanlar vardır. R.Sikorski demişdir: "Biz Azərbaycan hökumətinə Avropa İttifaqı ilə viza rejiminin sadələşdirilməsi, nəticə etibarilə bu rejimin ləğv edilməsi işində kömək etmək istərdik. Bu sahədə ölkələrimiz arasında mövcud müqavilələrin yaratdığı bütün imkanlardan istifadə etməyə çalışacağıq".
Nazir qeyd etmişdir ki, ikitərəfli uğurlu siyasi əlaqələr ticarət sahəsində münasibətlərin də inkişafına şərait yaradır.
Polşalı nazir Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi məsələsinə də münasibət bildirmişdir. O demişdir: "Dağlıq Qarabağ münaqişəsinin həll edilməmiş qalması Polşanı narahat edir. Biz Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyirik və qondarma "Dağlıq Qarabağ Respublikası"nı tanımırıq".


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında