Meksika Parlamenti və xalqı hər bir məsələdə Azərbaycanın mövqelərini dəstəkləyir və bu siyasət dəyişməyəcəkdir

Meksika Parlamenti və xalqı hər bir məsələdə, eləcə də Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsində Azərbaycanın yanındadır. Meksika beynəlxalq təşkilatlarda da rəsmi Bakının haqlı mövqeyini dəstəkləyir və bu siyasət dəyişməyəcəkdir. 
Bu sözləri Azərbaycanda səfərdə olan Meksika Konqresinin Deputatlar Palatasının sədri Oskar Arse iyulun 18-də Milli Məclisin sədri Oqtay Əsədov ilə görüşdə söyləmişdir.
Oqtay Əsədov qonaqları salamlayaraq demişdir: "Azərbaycan ilə Meksika coğrafi baxımdan uzaq məsafələrdə yerləşsələr də xalqlarımız arasında çox mehriban və sıx dostluq əlaqələri vardır. Təkcə son 9 ayda Meksikadan Azərbaycana 4 nümayəndə heyəti gəlmişdir. Bu bizim dostluğumuzun və əməkdaşlığımızın möhkəmliyinin əyani sübutudur. İnanırıq ki, Meksika Konqresinin Deputatlar palatasının sədri kimi sizin bu səfəriniz təkcə parlamentlərimiz deyil, dövlətlərimiz arasında da münasibətlərin genişlənməsinə təkan verəcəkdir".
Milli Məclisin sədri Meksika Senatında və Deputatlar palatasında Dağlıq Qarabağ münaqişəsi, eləcə də Xocalı soyqırımının tanınması barədə qəbul olunmuş qərar və qətnaməyə görə Azərbaycan xalqı və parlamenti adından minnətdarlığını bildirmişdir. Qeyd olunmuşdur ki, Meksikanın Azərbaycanın haqq səsini müdafiə etməsi, Ermənistanı təcavüzkar dövlət kimi tanıması başqa dövlətlərə də nümunədir.
Oskar Arse Azərbaycana gəldikləri ilk andan özlərini vətənlərində olduğu kimi hiss etdiklərini bildirmiş, göstərilən mehriban münasibət və qonaqpərvərliyə görə minnətdarlıq etmişdir.
O demişdir ki, Meksika Azərbaycan ilə əlaqələrin hərtərəfli inkişafında maraqlıdır. Ölkələrimiz arasında elm, təhsil, mədəniyyət, iqtisadiyyat, ticarət və digər sahələrdə də əməkdaşlığın genişləndirilməsi üçün böyük imkanlar vardır.
Ölkəsinin hər zaman Azərbaycan xalqının dərdinə şərik çıxdığını vurğulayan Oskar Arse demişdir: "Azərbaycan xalqı bilməlidir ki, onun bizim kimi dostları vardır. Biz hər zaman sizinləyik və sizin mövqeyinizi dəstəkləyəcəyik".
Sonra görüşdə hər iki ölkənin parlamentdəki dostluq qruplarının fəaliyyəti, qarşılıqlı səfərlərin intensivləşdirilməsi, təcrübə mübadiləsi, Meksikanın Bakıda səfirliyinin açılması və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparılmışdır.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında