Türkiyə XİN işğal altındakı Dağlıq Qarabağda keçiriləcək "prezident seçkiləri"ni pisləyən bəyanat yayıb

"Bu "seçkilər" BMT Təhlükəsizlik Şurasının qətnamələrinin, ATƏT-in prinsiplərinin açıq şəkildə pozulmasıdır və Dağlıq Qarabağdakı qeyri-hüquqi mövcud durumu legitimləşdirmə cəhdinin yeni bir təzahürüdür". Türkiyə Xarici İşlər Nazirliyi erməni separatçılarının Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsində iyulun 19-da keçirəcəyi "prezident seçkiləri" ilə bağlı bu məzmunda rəsmi açıqlama yayıb. APA-nın xəbərinə görə, açıqlamada deyilir: 
"Ermənistanın işğalı altında olan Azərbaycanın Yuxarı Qarabağ bölgəsində beynəlxalq hüquqa və beynəlxalq ictimaiyyətin gözləntilərinə zidd olaraq "prezident seçkisi" keçiriləcəyi bildirilir. BMT Təhlükəsizlik Şurasının qətnamələrinin və ATƏT-in prinsiplərinin açıq şəkildə pozulması demək olan bu seçkilər Yuxarı Qarabağdakı qeyri-hüquqi mövcud durumu birtərəfli şəkildə legitimləşdirmə cəhdinin yeni bir təzahürüdür. Qarabağ münaqişəsi Cənubi Qafqazda sülh, sabitlik və əməkdaşlığın bərqərar olmasının qarşısında əngəl olmağa davam etməkdə və bölgə ölkələri arasında mehriban qonşuluq və əməkdaşlığa şərait yaradacaq iqlimin formalaşmasını əngəlləməkdədir. Problemin həllinə xidmət edən təşəbbüslərin davam etdirilməsi ilə paralel olaraq bölgədə tam və əhatəli normallaşma yönündə cəhdlərini müxtəlif platformalarda davam etdirməyə qərarlı olan Türkiyə Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və siyasi birliyinin növbəti dəfə pozulması mənasına gələn bu əməli pisləyir. Türkiyə qeyri-legitim saydığı və heç bir hüquqi qüvvəsi olmayacaq bu "prezident seçkisi"nin nəticələrini tanımayacaq".

{nl}

 

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında