"5/36"dan növbəti "Cek Pot"!

Bakı sakini 39 840 manat uddu!
İndi lotereya oyunları ilə maraqlananları 30-40 min manat məbləğində uduşlarla təəccübləndirmək çətindir. Təkcə son 2-3 ay ərzində "5/36" lotereyasından mart ayında 66 900 manat, may ayının sonunda isə 60 200 manat məbləğində uduş sahibləri haqqında ətraflı məlumat vermişdik.
Keçən aydan başlayaraq, bu tipli lotereyalarda iri uduş sahiblərinin sayı daha da çoxalacaq. Bildiyiniz kimi, "5/36" və bu tipli yeni oyun olan "6/40"ın tirajları artıq həftədə üç dəfə deyil, bazar günündən başqa hər axşam keçirilir və bu oyunlarda "Cek Pot"lar daha sürətlə artaraq, tez bir zamanda kifayət qədər sanballı məbləğə çevrilirlər və budur "5/36" lotereyasının növbəti "Cek Pot"-u uduldu. Bakı şəhər sakini Qurbanov İlyas Şahin oğlu, 434-cü tirajda 39 840 manat məbləğində uduşa sahib oldu. 29 yaşlı İlyas gənc ailə başçısıdır. Adətən, iri məbləğdə uduş sahiblərinə verilən ənənəvi sualı ona da verdik: Kifayət qədər iri məbləğdə pulu udan anda, bu pulu sərf etməklə bağlı ilk ağlınıza gələn nə oldu? İlyas fikirləşmədən, "İpoteka krediti ilə mənzil almışam və ilk olaraq ipoteka kreditinin böyük bir hissəsini bağlayacağam" cavabını verdi. İlyasdan bir "sirri" də açmağı xahiş etdik. "5/36" və "6/40" tipli oyun həvəskarları arasında keçirilən sorğular göstərir ki, onların 17,3 faizi, bir qayda olaraq, əvvəlki tirajlarda daha tez-tez çıxan rəqəmləri, 27,8 faizi ailə üzvlərinin, yaxın dost və tanışlarının doğum və digər əlamətdar günləri ilə üst-üstə düşən, 15,7 faizi özlərinin qurduqları sistemə uyğun təyin etdikləri və 10,8 faizi ağlına ilk gələn rəqəmləri qeyd edirlər. Qalanlar hazır biletləri satış məntəqələrindən alırlar. Bəs İlyas ona 39 840 manat pulu gətirən 5 qalib rəqəmi hansı üsulla müəyyən edib? O, ürəkdən gülərək danışdı ki, bir neçə yaxın adamla birlikdə oturubmuşlar və onun xahişi ilə məclisdəkilərin hərəsi ağlına gələn bir neçə rəqəm söyləyib. İlyas isə məhz xalasının həyat yoldaşının dediyi 5 rəqəmi qeyd edib və bu da nəticə: Nə az, nə çox- 39 840 manat!
Son günlər lotereya həvəskarlarına sevinc yaşadan təkcə "5/36" lotereyası deyil. Budur, həyata yenicə vəsiqə alan "6/40" oyununda, az bir vaxt ərzində, artıq ikinci "Cek Pot" uduldu və növbəti yazılarımızda xoşbəxt uduş sahibini oxuculara təqdim edəcəyik. "Uğur" lotereyası isə 48-ci tirajda, daha bir oyun iştirakçısını KİA "RiO" avtomobilinə sahib etdi və cümə günü, axşam AzTV tamaşaçıları canlı efirdə bu avtomobilin açarlarının Lənkəran sakini, 54 yaşlı, iki nəvənin babası Əskərov Fikrət Fəyyaz oğluna təqdimatını seyr edə biləcəklər. Elə həmin tirajda, Şəki sakini Lətifov Hikmət Məhəmməd oğlu 2500 manat uddu və bu məbləğ artıq qalibə təqdim edilib. 17 yaşlı yeniyetmə üçün yaxşı məbləğdir deyilmi? Yazıda bu uduşa ayrıca diqqət ayrılmasının səbəbi odur ki, adətən, iştirakçılar "Ailə Sevinci", "Binqo" və "Uğur" lotereyalarının mətbəədə çap olunmuş hazır biletlərini almağa üstünlük verdikləri halda, Hikmət terminalda çap olunmuş bilet alıb və gördüyünüz kimi, 2500 manat uddu. Gənc Hikmətə və dəyərli oxucularımıza böyük uduşlar, həyatın bütün sahələrində uğurlar arzulayırıq. Oyun iştirakçılarını çoxsaylı avtomobillər, əhəmiyyətli pul uduşları gözləyir. Qısa bir vaxtda, "6/40"-da "Cek Pot"a 11 380 manat əlavə olunub, "5/36"-da "Cek-Pot" 13 970 manata yüksəlib. "Uğur"dan 79000 manat, "Binqo"dan 24000, 55000, 90000, 125000 və 75000 manat, Ailə Sevinci"ndən isə 125000 manat məbləğində uduşlar da öz yerində. Gördüyünüz kimi arzuların çin olması üçün imkanlar yetərincədir.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında