İstidən Yaponiyada 700 nəfər xəstəxanaya yerləşdirilib

Güclü istilər nəticəsində Yaponiyada bir nəfər ölüb, 700 nəfər isə xəstəxanaya yerləşdirilib. Ölən adam yaşlı kişi olub."NHK"nin məlumatına görə, ölən kişi bir neçə saat küçədə gəzib və isti hava ona pis təsir edib. Nəticədə o, vəfat edib.
Xəstəxanaya yerləşdirilən 700 nəfərin hamısına günvurma diaqnozu verilib.
Ən isti hava şəraiti Yaponiyanın qərbində və şərqində qeydə alınıb. Ölkənin 60 rayonunda temperaturlar 35 dərəcəni keçib. Tokionun ətrafında temperatur 37,6 dərəcə, Tokionun özündə isə 33 dərəcə olub. Hummada havanın hərarəti 39, İbaraki və Saytameddə 38 dərəcəni göstərib.
Meteoroloqlar əhaliyə məsləhət görüblər ki, onlar çoxlu su içsinlər və açıq havada az gəzsinlər.
Yaponiya son günlər nəinki istidən , həm də daşqından da əziyyət çəkir. Ölkənin cənub-şərqində yağan güclü yağışlar nəticəsində 29 nəfər həlak olub, 400 nəfər isə evakuasiya edilib.

{nl}

Qəzənfər QASIMOV, "Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında