Azərbaycanın Əsas Yerüstü Peyk İdarəetmə Mərkəzi ilin sonunadək hazır vəziyyətə gətiriləcək

Bu il noyabrın sonu-dekabrın əvvəlində Azərbaycanın Əsas Yerüstü Peyk İdarəetmə Mərkəzi tam hazır vəziyyətə gətiriləcək.
"APA-ECONOMICS"in məlumatına görə, bu barədə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin bu ilin 6 aynın yekunlarına həsr olunan kollegiya iclasında aparat rəhbəri Vidadi Zeynalov məlumat vermişdir.
V.Zeynalovun sözlərinə görə, Azərbaycanın ilk telekommunikasiya peykinin hazırlanması üzrə işlər qrafik üzrə aparılır. Peykin test prosesləri may ayında başlayacaq. Peykin istehsalı və orbitə çıxarılması xərclərinin maliyyələşdirilməsi məqsədilə xarici maliyyə institutları ilə imzalanmış kredit sazişlərinə uyğun olaraq kredit vəsaitlərindən istifadə olunaraq, şirkətə ödənişlər aparılır.
V.Zeynalov bildirmişdir ki, "Azerspace-1" telekommunikasiya peykinin orbitə çıxarılması və peykin orbitdə ilkin istismar dövrü üzrə sığorta olunması məqsədilə müvafiq tədbirlər həyata keçirilir. Cari ilin 6 ayı ərzində ölkənin ilk aşağıorbitli yerin məsafədən zondlama peykinin hazırlanması, sığortası və orbitə çıxarılması üzrə tender elan olunub və hazırda tender təkliflərinin qiymətləndirilməsi aparılır.
Qeyd edək ki, Azərbaycanın ilk telekommunikasiya süni peykinin buraxılması layihəsi kommersiya xarakteri daşıyır. İlkin hesablamalara görə, layihəyə qoyulan vəsaitlərin peykin istismarına başlanılandan sonrakı 5-7 il ərzində qaytarılması nəzərdə tutulur. Azərbaycan peykin imkanlarının yalnız 20 faizindən istifadə etmək niyyətindədir, qalan hissəsini isə digər ölkələrin istifadəsinə verəcək. Artıq peykin imkanlarının 40 faizi Malayziyaya təqdim edilib, qalan hissə üzrə isə təkliflər qəbul olunur.
Azərbaycan milli peykinin Skandinaviya ölkələri istisna olmaqla, Avropanı tam, Qazaxıstanın böyük hissəsini əhatə etməklə isə Asiyanın yarısını əhatə etməsini istəyir. Peyk teleradio yayım və internetlə transmissiyaya malik olacaq.
Milli peykin orbitə çıxarılmasında Azərbaycana ABŞ-da yaşayan Rusiya akademiki Roald Saqdeyevin təşəbbüsü ilə yaradılmış "Silk Sat" proqramı dəstək göstərir. Proqram Böyük İpək Yolu ölkələrinin ABŞ və Rusiya resurslarını cəlb etməklə vahid peyk sisteminin yaradılmasını nəzərdə tutur. Peykin əsas idarəetmə mərkəzi Qala qəsəbəsində, ehtiyat idarəetmə mərkəzi isə Naxçıvanda olacaq.
Xatırladaq ki, layihə Azərbaycan Prezidentinin 2008-ci il 4 noyabr tarixli "Azərbaycanda kosmik sənayenin yaradılması və telekommunikasiya peyklərinin orbitə çıxarılması haqqında" sərəncamına müvafiq olaraq həyata keçirilir.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında