Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi Neftçilər prospektinin bağlanması ilə əlaqədar növbəti dəfə sürücülərə müraciət etmişdir

İdarənin bölmə rəisi Vaqif Əsədov APA-ya açıqlamasında bildirib ki, "Dalğa Plaza"nın qarşısından "Azneft" dairəsi ilə Azadlıq meydanınadək Neftçilər prospekti boyu təmir-tikinti işlərinə və yeni asfalt örtüyünün çəkilməsinə start verilib. Bununla əlaqədar Neftçilər prospektində nəqliyyatın hərəkətinə qeyri-müəyyən vaxtadək məhdudiyyət qoyulub. Həmçinin Neftçilər prospektinə çıxışı olan bütün yollar bağlanıb. 
V.Əsədov qeyd edib ki, hazırda həmin yola əsas alternativ kimi Zərifə Əliyeva küçəsi seçilib. Belə ki, Z. Əliyeva küçəsində nəqliyyatın hərəkəti ikitərəfli həyata keçirilir. Bu məqsədlə həmin küçəyə düz xətt çəkilib və əlavə işıqforlar quraşdırılıb.
Bundan başqa sürücülərdən alternativ yol kimi - Bayıl qəsəbəsindən Qurban Abbasov küçəsi ilə Dağüstü park, Parlament prospekti, Mikayıl Müşfiq küçəsi; Üzeyir Hacıbəyov küçəsindən keçməklə Azadlıq prospekti istiqamətinə istifadə etmələri xahiş olunur.
V.Əsədov bir daha sürücülərə müraciət edərək onlardan mövcud vəziyyəti nəzərə almağa çağırıb: "Şəhərin mərkəzi küçələrində yerləşən idarə və müəssisələrdə çalışan vətəndaşlardan ictimai nəqliyyatdan istifadəyə üstünlük vermələri xahiş olunur. Həmin ərazilərdə yol kənarlarında avtomobilləri park etmək qadağandır. Əks təqdirdə bu sıxlığa səbəb olacaq".


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında