Azərbaycan Respublikası Baş Prokurorluğunun əməkdaşı Beynəlxalq Antikorrupsiya Akademiyasının Yay Akademiyasında iştirak etmişdir

Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin təşkilati və informasiya təminatı şöbəsinin rəisi Rövşən Əliyev Avstriya Respublikasının Laksenburq şəhərində yerləşən Beynəlxalq Antikorrupsiya Akademiyasında (İACA) "Təcrübə elmə cavab verir" mövzusunda keçirilmiş Yay Akademiyasında iştirak etmişdir. 
Baş Prokurorluğun mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, iyulun 5-dən 14-dək davam edən tədbirdə dünyanın 53 ölkəsindən 73 nümayəndə iştirak etmişdir.
Tədbirdə İACA-nın keçid qrupunun rəhbəri Martin Kreutner, Almaniyanın Antikorrupsiya Layihələri qurumunun rəhbəri Sven Bierman, Böyük Britaniyanın Tisayd Biznes Məktəbinin professoru Alan Doiq, ABŞ-ın Kolgeyt Universitetinin professoru Maykl Conston və digər tanınmış professor və ekspertlər korrupsiyanın qarşısının alınması, yaranma səbəbləri, ona qarşı innovativ mübarizə üsulları, bu sahədə beynəlxalq təcrübə, qabaqlayıcı tədbirlər və bir sıra digər mövzularda məruzələr etmiş, korrupsiyaya qarşı mübarizə və preventiv tədbirlər sahəsində yeni metodların istifadəsi ilə bağlı məlumatlar vermişlər.
Kurslarda tədbir iştirakçıları praktiki tapşırıqların həll olunmasında aktiv iştirak etmiş, konkret mövzular üzrə təqdimatlar keçirilmiş, habelə interaktiv şəkildə keçirilən təlim zamanı tədbir iştirakçılarını maraqlandıran suallar ekspertlər tərəfindən ətraflı cavablandırılmışdır.
Yekunda Yay Akademiyasını müvəffəqiyyətlə bitirən iştirakçılara sertifikatlar təqdim olunmuşdur.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında