Həmyerlimiz Rusiya Fəlsəfə Konqresində

Nijni Novqorod şəhərində Rusiya Fəlsəfə Cəmiyyətinin, Rusiya Elmlər Akademiyasının Fəlsəfə İnstitutunun, Nijni Novqorod universitetlərinin dəstəyi və Rusiya Humanitar Elmi Fondunun, eləcə də Fridrix Ebert Fondunun maliyyə dəstəyi ilə təşkil edilmiş "Müasir dünyada fəlsəfə: Dünyagörüşlərin dialoqu" mövzusunda VI Rusiya Konqresi keçirilmişdir.
Konqresdə Rusiya və xarici ölkələrin filosofları ilə yanaşı, Azərbaycan alimi - Astara Pedaqoji Kollecinin direktoru, əməkdar müəllim, fəlsəfə doktoru, Rusiya Fəlsəfə Cəmiyyyətinin üzvü, doktorant Əlihəsən Həmzəyev də iştirak etmişdir. Ə.Həmzəyevin "İnsan fəlsəfəsi müasir təhsilin metodologiyası kimi" mövzusunda məruzəsi maraqla dinlənilmişdir.
Konqresdə "Aleksandr Zinovyevin 90 illiyi ərəfəsində: Dərketmə faktoru" devizi altında keçirilən müzakirələrdə isə azərbaycanlı alim "Sosial-fəlsəfi tədqiqatlarda Zinovyev ideyalarının aktuallığı" məqaləsi ilə çıxış etmişdir. "Yeni insan fəlsəfəsi və humanitar texnologiyalar" mövzusunda dəyirmi masa ətrafında müzakirələrdə də fəal iştirak edən həmyerlimiz aktual fikirləri ilə diqqəti cəlb etmişdir.
Forumdan qayıdan Ə.Həmzəyev bildirmişdir ki, konqresdə daha bir azərbaycanlı filisof - Rusiya Elmlər Akademiyası Fəlsəfə İnstitutunun doktorantı, AMEA-nın Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunun böyük elmi işçisi, Rusiya Fəlsəfə Cəmiyyətinin vitse-prezidentinin beynəlxalq məsələlər üzrə müşaviri, fəlsəfə elmləri namizədi Ariz Gözəlov da iştirak edirdi. Konqresin materialları xüsusi buraxılış və jurnallarda dərc edilmiş və bütün iştirakçılara paylanılmışdır. Eləcə də konqresin işi dünyanın bir çox kütləvi informasiya vasitələrində işıqlandırılmışdır.
Onu da qeyd edək ki, Rusiya Fəlsəfə Konqresi hər üç ildən bir Rusiyanın regionlarının birində keçirilir.

{nl}

Əli NƏCƏFXANLI, "Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında