Azərbaycan gəncliyi böyük diqqət və qayğı ilə əhatə olunmuşdur

Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatında Heydər Əliyev məktəbinin "Heydər Əliyev və Azərbaycan gəncliyi" mövzusunda növbəti məşğələsi keçirilmişdir. Məşğələ 1969-cu ilin iyulun 14-də xalqımızın xilaskar oğlu Heydər Əliyevin hakimiyyətə ilk gəlişinə həsr olunmuşdur.  
Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Vüsal İsmayılov 1969-cu il iyulun 14-də xalqımızın xilaskar oğlu Heydər Əliyevin hakimiyyətə ilk gəlişi ilə müasir Azərbaycan dövlətinin formalaşmasının başlanğıcının qoyulduğunu, ulu öndər Heydər Əliyevin ölkəmizin mədəni, sosial, iqtisadi inkişafı ilə yanaşı, milli münasibətlərin dostluq, qardaşlıq prinsipləri əsasında davam etdirilməsinə də nail olduğunu diqqətə çatdırmışdır.
V.İsmayılov həmçinin bildirmişdir ki, ulu öndərimiz həmişə sağlam düşüncəli yeni nəslin yetişdirilməsini dövlət və cəmiyyətin mühüm vəzifəsi hesab etmişdir. Dahi şəxsiyyət gənclərin sosial-iqtisadi, ictimai-siyasi və mədəni sahələrdə fəal iştirakını zəruri saymışdır. Bu məqsədlə ulu öndərin fərmanı ilə 1994-cü il iyulun 26-da Gənclər, İdman və Turizm Nazirliyi yaradılmışdır. 1995-ci ildə isə o, Azərbaycan gənclərinin forumunun keçirilməsi təşəbbüsünü irəli sürmüşdür. 2 fevral 1996-cı il tarixdə müstəqil Azərbaycan gənclərinin ilk forumu keçirilmişdir. Forumda ümummilli liderimiz şəxsən iştirak etmişdir. 1997-ci ilin fevralın 1-də isə forumun ildönümü münasibəti ilə gənclərin bir qrupunu qəbul edən Heydər Əliyev "2 fevral - Azərbaycan gəncləri günü"nün elan edilməsi haqqında" Sərəncam imzalamışdır. Həmin vaxtdan etibarən ənənəvi olaraq hər il 2 fevral günü Azərbaycan gənclərinin bayramı kimi təntənəli şəkildə qeyd olunur.
Yığıncaqda çıxış edən Dünya Azərbaycanlıları Gənclər Birliyinin sədri Ramin Məmmədov, YAP respublika Gənclər Təşkilatının şura üzvü Qabil Qafarov və başqaları iftixar hissi ilə vurğulamışlar ki, hakimiyyətdə olduğu bütün illər ərzində dahi rəhbərimiz gənclərin himayədarı olmuşdur. Hazırda bu siyasəti onun layiqli davamçısı Prezident İlham Əliyev uğurla davam etdirir. Sonda məşğələ iştirakçıları "Heydər Əliyev və Azərbaycan gəncliyi" filminə baxmışlar. Axşam isə rayondakı R.Apoyev adına parkda bayram konserti verilmişdir.

{nl}

V. BAYRAMOV, "Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında