Suraxanı rayonunda 2012-ci ilin ilk yarısına yekun vurulmuşdur

Suraxanı rayonunda "Nazirlər Kabinetinin 2012-ci ilin birinci yarımilinin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin nitqindən irəli gələn vəzifələr"ə həsr olunmuş hesabat yığıncağı keçirilmişdir. Yığıncaqda rayonda bu ilin altı ayında görülmüş işlərə yekun vurulmuş və qarşıda duran vəzifələr müzakirə edilmişdir.
Tədbir Yeni Suraxanı qəsəbəsinin "14 iyul" küçəsində ulu öndərin siyasi hakimiyyətə gəldiyi gün münasibətilə yaradılan xatirə kompleksinin ətrafında aparılan abadlıq işlərinə baxışla başlanmışdır. İştirakçılar daha sonra Heydər Əliyev parkında ümummilli liderimizin abidəsini ziyarət edərək önünə gül dəstələri qoymuş, Heydər Əliyev Mərkəzinin Elektron lektoriya zalında "Əyilməz iradə" filminə baxmışlar.
Hesabat yığıncağını açan rayon icra hakimiyyətinin başçısı İlqar Abbasov bildirmişdir ki, 14 iyul tarixi xalqımızın taleyində oynadığı misilsiz rolu ilə həmişə xatırlanır və heç vaxt unudulmayacaq günlərin sırasına həkk olunmuşdur.
Ulu öndər Heydər Əliyev 1969-1982-ci illərdə Azərbaycan Sovet Sosialist Respublikasına, 1993-cu ilin iyunundan 2003-cü ilin oktyabrınadək müstəqil Azərbaycan Respublikasına rəhbərlik etmişdir.
Çağdaş Azərbaycanın inkişafının Heydər Əliyevin adı və fəaliyyəti ilə bağlı olan bu iki mühüm dövrü özəlliklə seçilir. Həmin dövrlər bütün siyasi, ictimai, iqtisadi xüsusiyyətlərinə görə bir-birlərindən köklü surətdə fərqlənsələr də, mahiyyət və məqam baxımından eyni məqsədə-Azərbaycanın inkişafına və xalqımızın xoşbəxtliyinə xidmət etmişdir.
İstər Sovetlər birliyi, istərsə də müstəqil Azərbaycan Respublikası dövründə Vətəninə, xalqına sədaqətlə, ləyaqətlə xidmət Heydər Əliyevin mubarizə devizi və həyat idealı olmuşdur.
Bu gün Azərbaycan ölkə vətəndaşlarının tam etimad bəslədiyi, alternativsiz lider kimi qəbul etdiyi möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi altında uğurla inkişaf edir, özünün intibah dövrünü yaşayır. Xalqımızın xoşbəxtliyidir ki, bütün bu işlərin arxasında ulu öndərin siyasi məktəbinin ən layiqli yetirməsi möhtərəm Prezidentimiz İlham Əliyev dayanır.
Daha sonra hesabat məruzəsi ilə çıxış edən başçı İlqar Abbasov məlumat vermişdir ki, Dövlət Proqramına əsasən, Suraxanı rayonunda 102 tədbirin keçirilməsi nəzərdə tutulmuş, onlardan 25-i tam icra olunmuş, 53-nün icrasına başlanılmışdır.
Dövlət Proqramının icrası ilə yerində tanış olmaq üçün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu il fevralın 8-də Bülbülə qəsəbəsində 313 saylı körpələr evi-uşaq bağçasının əsaslı təmir və yenidənqurma işlərindən sonrakı vəziyyəti ilə maraqlanmış, mayın 11-də isə Heydər Əliyev prospektinin Suraxanı rayonu ərazisindən keçən hissəsində sahəsi 1,7 hektar olan yeni salınmış 5-ci parkın açılışında iştirak etmişdir.
Dövlət Proqramının icrası ilə əlaqədar 2012-ci ilin 6 ayı ərzində 154,2 min metr qaz xətti çəkilmiş, 7856 ədəd "Smart-kart" tipli elektron qaz sayğacı quraşdırılmış, 9,5 min metr yeni su xətti, 2 min metr yeni kanalizasiya xətti çəkilmiş, 1061 ədəd su sayğacı quraşdırılmışdır. "Azərsu" ASC tərəfindən görülmüş tədbirlər nəticəsində rayonun su təchizatında yaxşılığa doğru xeyli irəliləyiş əldə olunmuşdur. "Dədə Qorqud" adlandırılan yaşayış sahəsinin yaxınlığında inşa edilən 70 min kubmetr həcmli su anbarları kompleksində 2 ədəd 10 min kubmetr həcmli su anbarlarının tikintisi başa çatdırılmış, 500 millimetr diametrli polietilen borularla Hövsan qəsəbəsinə 6570 metr yeni su xətti çəkilmiş, 56 ədəd siyirtmə quraşdırılmış və nəticədə Hövsan qəsəbəsinin tarixində ilk dəfə 32300 nəfər sakin içməli su ilə fasiləsiz təmin edilmişdir.
Rayonun elektrik şəbəkəsində 52 min metr SİP kabeli, dairəvi sxem yaratmaq üçün 22 min metr kabel xətləri çəkilmişdir. Rayonun müxtəlif yerlərinə müxtəlif mənbələr hesabına 70 min kvadratmetrdən çox asfalt örtüyü salınmışdır.
Rayon ərazisində fəaliyyət göstərən sənaye müəssisələri tərəfindən 14,3 hektar neftlə çirklənmiş ərazidə texniki rekultivasiya işləri aparılmış, 11,9 hektar ərazisi olan 15 süni göl ləğv edilmişdir.
Göstərilən dövr ərzində rayonda bir çox ictimai-siyasi tədbir keçirilmiş, tədbirlərin əksəriyyəti rayonun Heydər Əliyev Mərkəzində təşkil edilmiş, burada müxtəlif mərkəzi icra hakimiyyətləri, ali təhsil müəssisələri, elmi institutlar, habelə digər dövlət qurumları ilə birgə çoxsaylı tədbir keçirilmişdir.
Sevindirici haldır ki, 2011-2012-ci tədris ilində keçirilmiş "Ən yaxşı ümumi təhsil müəssisəsi" və "Ən yaxşı müəllim" müsabiqələrinin nəticələrinə görə rayonun 146 və 278 saylı tam orta məktəbləri və 290 saylı məktəbin müəllimi Fatimə Sayılova da qaliblər sırasında olmuşlar.
Hesabat dövründə RİH başçısı tərəfindən 452 nəfər vətəndaş qəbul edilmiş, sakinlərlə yerlərdə görüş-qəbulların keçirilməsinə diqqət artırılmış, RİH başçısının ümumilikdə 534 nəfər sakinin iştirakı ilə keçirilmiş 11 səyyar görüş-qəbulunda qaldırılan məsələlərə və təkliflərə əsasən aidiyyəti idarə və təşkilatların rəhbərlərinə müvafiq tapşırıqlar verilmiş, icrasına daim nəzarət edilmişdir.
Kənd Təsərrüfatı Nazirliyi ilə birgə təşkil edilmiş kənd təsərrüfatı məhsullarının satış yarmarkalarında 6 ay ərzində rayon əhalisinə 596 ton kənd təsərrüfatı məhsulları satılmışdır.
Hesabat yığıncağında məruzə ətrafında çıxışlar olmuşdur.
Başçı İlqar Abbasov sonda rayon sakinləri və əmək kollektivləri adından Suraxanıya daim diqqət və qayğı göstərdiyinə görə, böyük qətiyyətlə ölkəmizi irəliyə aparan Prezident İlham Əliyevə dərin minnətdarlığını bildirmiş, əmin etmişdir ki, həmişə olduğu kimi, bundan sonra da Suraxanı rayonunun sakinləri ölkə Prezidentinin ətrafında sıx birləşərək, Azərbaycanın tərəqqisi və iqtisadi qüdrətinin möhkəmləndirilməsi naminə qarşıda duran vəzifələri layiqincə yerinə yetirəcəklər.

{nl}

Vaqif BAYRAMOV, "Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında