Bakının Neftçilər prospekti təmirə bağlanmışdır

İyulun 14-dən etibarən Bakının Neftçilər prospektində avtomobillərin hərəkəti məhdudlaşdırılacaqdır. 
"Dalğa Plaza" mehmanxanasının qarşısından "Azneft" dairəsi ilə Azadlıq meydanınadək Dənizkənarı bulvar boyu təmir-tikinti işlərinə və yeni asfalt örtüyünün çəkilməsinə başlanılmışdır.
Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Vaqif Əsədov bildirmişdir ki, prospektdə həyata keçirilən təmir işləri ilə əlaqədar olaraq sürücülərdən alternativ yollardan - Bayıl qəsəbəsindən Qurban Abbasov küçəsi ilə Dağüstü Park, Parlament prospekti, Mikayıl Müşfiq küçəsi; Üzeyir Hacıbəyov küçəsindən keçməklə Azadlıq prospekti və Zərifə Əliyeva küçəsindən Rəşid Behbudov küçəsi ilə Bakıxanov küçəsi; Rəsul Rza küçəsindən keçməklə Xaqani küçəsi; Bülbül prospekti ilə Üzeyir Hacıbəyov küçəsinin kəsişməsindən və Səməd Vurğun küçələrindən istifadə edə bilərlər.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında