Dövlət Sərhəd Xidməti Akademiyası məzunlarının ilk buraxılışı olmuşdur

İyulun 14-də Dövlət Sərhəd Xidməti (DSX) Akademiyası məzunlarının ilk buraxılışı ilə əlaqədar Dövlət Bayrağı Meydanında təntənəli tədbir keçirilmişdir.
DSX-nin Nümunəvi Hərbi Orkestrinin ifasında dövlət himni səsləndikdən sonra ilk məzunlara diplomlar təqdim olunmuşdur.
DSX-nin zabit sıralarına daxil olan gənc leytenantlar "Sərhədçi andı" içmişlər.
Dövlət Sərhəd Xidmətinin rəisi - Sərhəd Qoşunlarının komandanı, general-leytenant Elçin Quliyev gənc zabitləri təbrik etmiş, onlara xidmətdə uğurlar arzulamış, tövsiyə və tapşırıqlarını vermişdir.
Elçin Quliyev demişdir ki, 2007-ci il iyunun 12-də Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin Dövlət Sərhəd Xidməti Akademiyasının yaradılması barədə sərəncam imzalaması vətənimizin sərhəd mühafizəsinin təkmilləşdirilməsində mühüm rol oynamışdır.
Kursantların təlim-tədrisi ilə yüksək səviyyədə məşğul olmaq üçün bütün şəraiti olan, müasir tələblərə cavab verən, memarlıq üslubu ilə fərqlənən akademiyanın açılış mərasimində Prezident İlham Əliyevin iştirak etməsi qürur hissi ilə vurğulanmışdır.
İlk buraxılışda akademiyanı 100 məzunun bitirdiyini qeyd edən komandan bildirmişdir ki, hazırda dövlət sərhədlərinin mühafizəsi tələblərinə cavab verən layiqli yeni sərhədçi zabit nəsli yaranmaqdadır. Bu da kadrların yetişdirilməsi nöqteyi-nəzərindən bütün problemləri həll etmiş olacaqdır.
Akademiyanın rəisi, general-mayor Araz Məmmədov demişdir ki, bu gün hərbi təhsil müəssisəsi ilk məzunlarını yola salır. Akademiyada təlim-tədris prosesinin yüksək səviyyədə aparılması üçün zəruri infrastruktur qurulmuşdur.
A.Məmmədov qeyd etmişdir ki, bu gün zabit rütbəsi alan gənclərdən 7 nəfəri akademiyanı fərqlənmə diplomu ilə bitirmişdir.
Gənc zabitlər adından çıxış edən leytenant Xəqani Hacıyev çətin, lakin şərəfli sərhədçi peşəsini seçdiklərindən qürur duyduqlarını, qarşılarına qoyulmuş tapşırıqları şərəflə yerinə yetirməyə daim hazır olduqlarını bildirmiş, Vətənə ləyaqətlə xidmət edəcəklərinə, dövlət sərhədlərimizi göz bəbəyi kimi qoruyacaqlarına söz vermişdir.
Akademiyanın şəxsi heyəti təntənəli marşın sədaları altında tribuna önündən keçmişdir.
Sonra gənc zabitlər Fəxri Xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir müstəqil dövlətimizin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad etmiş, məzarı önünə gül dəstələri qoymuşlar.
Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad olunmuş, məzarı üzərinə gül dəstələri düzülmüşdür.
Sonra Şəhidlər Xiyabanına gələn gənc zabitlər ölkəmizin azadlığı və suverenliyi uğrunda mübarizədə şəhid olmuş qəhrəman Vətən övladlarının xatirəsini ehtiramla yad etmiş, məzarları üzərinə tər çiçəklər düzmüşlər.

{nl}

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında