Azərbaycanda hüquq və jurnalistika ixtisasları üzrə qəbul planı azaldılmışdır

Azərbaycanda 2012-2013-cü tədris ili üçün hüquq ixtisası üzrə qəbul planı 50 faiz azaldılmışdır. APA-nın xəbərinə görə, bunu Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədr müavini Namiq Babayev demişdir. 
Onun sözlərinə görə, ümumiyyətlə, ötən ilki qəbul planına nisbətən bəzi ixtisaslarda qəbul planında ciddi azalma var. Ən ciddi azalma hüquq ixtisası üzrədir. Bu ixtisas üzrə qəbul planı 232 nəfərdir. Qəbul planı ötən ilə nisbətən 50 faiz, yəni 222 yer azalmışdır.
TQDK sədrinin müavini jurnalistika ixtisası üzrə qəbul planının 199 yer olduğunu açıqlamışdır. Bu, ötən ilə nisbətən 134 yer azdır.
N. Babayev xatırladıb ki, ancaq dövlət ali məktəblərində jurnalistika fakültələrinə qəbul saxlanılıb, özəl ali məktəblərdə isə jurnalistika fakültələrinə qəbul dayandırılıb.
Sədr müavini Prezident yanında Təhsil Komissiyasında aparılan müzakirələrdən sonra bununla bağlı qərar qəbul olunduğunu, özəl ali məktəblərdə jurnalist kadr hazırlığının qənaətbəxş olmadığını bildirmişdir.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında