Bu ilin ilk yarısında "Gədəbəy" yatağından 650 kiloqram qızıl hasil olunmuşdur

Azərbaycanın əsas qızıl hasilatçısı "Anglo Asian Mining Plc." şirkəti 2012-ci ilin ilk yarısında "Gədəbəy" yatağından 21 641 unsiya və ya 649,23 kiloqram qızıl hasil etmişdir.
"APA-ECONOMICS-in xəbərinə görə, bu barədə şirkətin açıqladığı hesabatda bildirilir.
İlk yarımildə qızılın 9 925 unsiyası birinci rübdə, 11 716 unsiyası isə 2-ci rübdə hasil edilib. Hasil edilən qızılın 9 883 unsiyası orta hesabla 1 609 dollar/unsiya qiymətinə satılıb. İlin ilk yarısında yataqdan 12 174 unsiya gümüş hasil edilib ki, bunun da 7 670 unsiyası 1-ci rübdə, 4504 unsiyası 2-ci rübdə çıxarılıb.
Bu ilin ikinci rübündə yataqdan 238,058 ton qızıl filizi hasil edilib ki, onun zənginliyi 3,24 qram/ton təşkil edib. Şirkətin məlumatına görə, istehsal proqnozlarına əsasən bu ilin sonunadək yataqdan qızıl hasilatı 54 min unsiya (və ya 1620 kq), gümüş hasilatı isə 26 min unsiya (780 kq), mis hasilatı 720 ton təşkil edəcək.
Şirkətin hesabatına əsasən "Gədəbəy" yatağının ümumi ehtiyatları 20 312 879 ton həcmindədir ki, bu da 744 min unsiya qızıl, 59 479 ton mis və 6 mln. 175,5 min unsiya gümüş deməkdir.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında