Hərbi hissədə görüş keçirilib

Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi və Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin birgə təşəbbüsü ilə ictimai birliklərin, QHT-nin TGT-nin və media nümayəndələrinin iştirakı ilə Füzuli rayonunda yerləşən "N" saylı hərbi hissədə xidmət edən əsgər və zabit heyəti ilə görüş təşkil olunmuşdur. 
Tədbirdə baş idarənin rəisi Raqif Abbasov, Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin sədri Emin Həsənli əsgərlər qarşısında çıxış edərək, Azərbaycan dövlətinin və Ali Baş Komandan İlham Əliyevin daim orduya göstərdiyi diqqət və qayğıdan söz açmış, ordunun maddi-texniki bazasının gücləndirilməsi və döyüş hazırlığının yüksəldilməsi istiqamətində mühüm addımların atıldığını vurğulamışlar.
Görüş zamanı baş idarənin rəisi Raqif Abbasov və qonaqlar hərbi hissəni gəzərək, əsgərlərin xidmət şəraiti ilə tanış olublar. Xidmətdə fərqlənmiş bir qrup əsgərin Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən xüsusi hazırlanmış fəxri fərmanlar və xatirə hədiyyələri ilə təltifindən sonra tanınmış müğənnilərin iştirakı ilə konsert proqramı təşkil olunmuşdur.
Sonda baş idarənin kollektivi və qonaqlar hərbi hospitalda müalicə olunan və təmas xəttində yerləşən mövqelərimizdə döyüş növbəsində olan əsgərlərə baş çəkmişlər.

{nl}

Leyla QURBANOVA, "Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında