Vətəndaşlara qarşı dələduzluq edən şəxslər ifşa olunmuşlar

Dələduzluq və aldatma yolu ilə vətəndaşların külli miqdarda pulunu mənimsəmiş Bakı şəhər sakinləri Elşən Müslümov, İlham Cəfərov və qeyrilərinin barəsində Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə daxil olmuş müraciət araşdırılmışdır.
Baş Prokurorluğun mətbuat xidmətindən bildirmişlər ki, araşdırma zamanı müəyyən edilmişdir ki, həmin şəxslər aldatma yolu ilə İsmayıllı rayon sakini Samir Baxışovdan onun texnikuma düzəldiləcəyi adı ilə 2008-ci ildə 6.650 manat, Tərtər rayon sakini Zöhrab Quliyevdən təqaüd düzəldilməsi adı ilə 2011-ci ildə 1000 manat, eyni məqsədlə Tərtər rayon sakini Rəhman Bayramovdan 600 manat pul alaraq mənimsəmişlər.
Cinayətkar hərəkətlərini davam etdirən E.Müslümov və İ.Cəfərov aldatma yolu ilə 2011-ci ildə Vahid Əbilovun vasitəsilə sonuncunun tanışları Salyan rayon sakinləri Əli və Əhməd Süleymanov qardaşlarından birinciyə təqaüd təyin etdirilməsi, ikincinin isə Dövlət Neft Şirkətinə işə düzəldiləcəyi adı ilə cəmi 1000 manat, Bakı şəhər sakini Elvin adlı şəxsdən uşağının dövlət hesabına müalicəsinə kömək edilməsi adı ilə 200 manat pulunu ələ keçirmişlər.
Bundan başqa, E.Müslümov və İ.Cəfərov özlərini Dövlət Neft Şirkətinin əməkdaşı kimi təqdim etməklə Bakı şəhər sakinləri Qasım, Elbəy və Alim adlı şəxslərin həmin müəssisəyə işə düzəldiləcəyi adı ilə onların hər birindən ayrı-ayrılıqda 200 manat olmaqla, cəmi 600 manat, habelə özlərini Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin işçisi kimi təqdim etməklə Bakı şəhər sakini Mahir adlı şəxsdən Mehdiabad qəsəbəsində məcburi köçkünlər üçün tikilən binadan ev ayrılmasına kömək edilməsi məqsədi ilə 7000 manat məbləğində pullarını dələduzluq yolu ilə ələ keçirərək mənimsəmişlər.
E.Müslümov və İ.Cəfərov daha sonra cari ilin iyununda Vahid Əbilovun qohumunu aldadaraq ev tikməsinə kömək etmək adı ilə 27000 manat pulunu ələ keçirmək məqsədi ilə Vahid Əbilovun adına saxta kassa mədaxil orderi, qaimə-faktura və Binəqədi rayon icra hakimiyyəti başçısının, Memarlıq və Şəhərsalma İdarəsinin 46 saylı 17 may 2012-ci il tarixli saxta rəyini hazırlamışlar.
İ.Cəfərov həmçinin özünü Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin hüquq şöbəsinin müdiri kimi təqdim etməklə Bakı şəhər sakini Elşən Ağayevdən Buzovna qəsəbəsində yaşadığı evinin sənədləşdirilməsi adı ilə 2012-ci ildə 1180 manat məbləğində pulunu aldatma yolu ilə ələ keçirmişdir.
Araşdırma zamanı həmin şəxslərdən saxta sənədlər, həmin sənədlərin hazırlandığı kompyuter dəstinin prosessoru və yaddaş kartı əldə edilərək götürülmüşdür.
Fakta görə Cinayət Məcəlləsinin 178.2.2-ci, 178.2.4-cü (dələduzluq) və 320.1-ci (rəsmi sənədləri, möhürləri, ştampları, blankları saxtalaşdırma, hazırlama, satma və ya saxta sənədlərdən istifadə etmə) maddələri ilə cinayət işi başlanmışdır.
Hazırda iş üzrə istintaq tədbirləri davam etdirilir.
İstintaq zamanı cinayətin bütün iştirakçılarının müəyyən edilərək onların cinayət məsuliyyətinə cəlb edilməsi, vətəndaşlara vurulmuş ziyanın ödətdirilməsi, habelə bu kateqoriyadan olan cinayətləri doğuran səbəb və şəraitin aradan qaldırılması üçün zəruri tədbirlər həyata keçiriləcəkdir.

{nl}

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında