Türkiyənin əmək və sosial müdafiə naziri Faruk Çelik Azərbaycanın sığorta-pensiya sistemindəki islahatları yüksək dəyərləndirmişdir

Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondunun sədri Səlim Müslümov ölkəmizdə səfərdə olan Türkiyə Respublikasının əmək və sosial müdafiə naziri Faruk Çelikin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşmüşdür. O, Azərbaycanın qardaş Türkiyə ilə bütün istiqamətlərdə, o cümlədən sosial sahədə əməkdaşlığın möhkəmləndirilməsi və genişləndirilməsi məsələlərini daim diqqət mərkəzində saxladığını, Azərbaycanla Türkiyə arasında sosial sahədə qarşılıqlı əməkdaşlıq əlaqələrinin daha da inkişaf etdirilməsində bu səfərin mühüm əhəmiyyət kəsb etdiyini bildirmişdir.
Fondun sədri qonaqlara "Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında sosial müdafiə sahəsində əməkdaşlıq haqqında" Sazişin 1998-ci ildə imzalandığını xatırlatmışdır. İki ölkə arasında sosial müdafiə sahəsində əməkdaşlığı nəzərdə tutan həmin sazişə uyğun olaraq Türkiyə və Azərbaycan dövlətlərinin vətəndaşlarının həmin ölkələrin ərazisində göstərdikləri əmək fəaliyyəti dövründə qazanmış olduqları əmək pensiyası hüquqları qarşılıqlı olaraq tanınır və pensiya təyinatında nəzərə alınır. S.Müslümov nəzərə çatdırmışdır ki, Dövlət Sosial Müdafiə Fondunun fərdi uçot sistemində qeydiyyata alınan əcnəbilər arasında qardaş ölkənin vətəndaşları digər ölkələrlə müqayisədə çoxdur. Ümumilikdə fondun fərdi uçot sistemində 92 ölkənin vətəndaşları qeydiyyatdadır və onların 58,2 faizi məhz Türkiyənin payına düşür.
F.Çelik öz növbəsində dost və qardaş Azərbaycana səfərə gəlməyindən məmnun olduğunu bildirmişdir. O, iki ölkə arasında sosial sığorta və pensiya təminatı sahəsində qarşılıqlı əməkdaşlığın daha da gücləndirilməsinin vacib olduğunu qeyd etmişdir. Türkiyəli nazir Azərbaycanın sığorta-pensiya sistemində aparılan islahatları, əldə olunan nailiyyətləri yüksək dəyərləndirdiyini bildirmişdir. Görüşdə ötən dövr ərzində iki ölkənin sığorta-pensiya sistemlərində baş verən dəyişikliklər nəzərdən keçirilmiş və "Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında sosial müdafiə sahəsində əməkdaşlıq haqqında" Sazişin bəzi müddəalarına yenidən baxılması istiqamətində müzakirələr aparılmışdır. Türkiyənin nümayəndə heyəti fondda yaradılan müasir avtomatlaşdırılmış idarəetmə sistemləri, Azərbaycanın sığorta-pensiya sistemindəki islahatlarla da yaxından tanış olmuşlar.

{nl}

Z. BƏŞİRQIZI, "Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında