Milli Qəhrəman haqqında film çəkilib

Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu" İctimai Birliyi "Azərbaycanın Milli Qəhrəmanları" silsiləsindən Milli Qəhrəman Qasım Rzayevin həyat və döyüş yoluna həsr olunmuş "Qasımın andı" filminin təqdimatını keçirib. İctimai Birliyin sədri Günel Paşayeva döyüşçü Qasım Rzayevin həyat və fəaliyyəti barədə qonaqlara məlumat verib.
Filmin baş məsləhətçisi, millət vəkili Qənirə Paşayeva bildirib ki, Qasım Rzayev kimi qəhrəman, onun Vətənə olan sevgisi, cavan yaşında həyatını torpağı uğrunda qurban verməsi hər bir gəncə örnək olmalıdır. "Qasım Rzayev kimi qəhrəmanlar öz qanı ilə bu torpağı bizə daha çox sevdirdilər", -deyə Q.Paşayeva vurğulayıb.
Azərbaycan Respublikası İnsan hüquqları üzrə müvəkkil Elmira Süleymanova bildirib ki, Milli Qəhrəmanlara peşəsindən asılı olmayaraq, hər bir vətəndaş borcludur. "O şəxslərə halal olsun ki, dünyada ən ali hüquq olan - öz yaşamaq hüququnu Vətən uğrunda qurban verib", -deyə insan haqları üzrə müvəkkil əlavə edib. Qasım Rzayevin yaxınlarına və qohumlarına müraciət edən E.Süleymanova bildirib ki, belə qəhrəmanlar bütün nəslinə şərəf gətirir.
Qeyd edək ki, Qasım Rzayev Ermənistan-Azərbaycan müharibəsində Vətəni müdafiə edərkən qəhrəmanlıqlar göstərib. 14 may 1992-ci il tarixində Tovuz rayonunun Əlibəyli kəndi ətrafında gedən döyüşlərdə o, düşmənə qarşı raket zərbələri endirən zaman, idarə etdiyi maşın ermənilərin hədəfinə tuş gəlib və şəhid olub. 1994-cü ildə Azərbaycan Prezidenti, ümummilli lider Heydər Əliyev Qasım Qara oğlu Rzayevi Vətənin müdafiəsində göstərdiyi qəhrəmanlığa görə ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görüb.

{nl}

Əfsanə BAYRAMQIZI, "Xalq qəzeti"

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında