Gəmiqayırma zavodunun inşası regionda ən iri layihələrdən biridir

İki il öncə təməli qoyulan Gəmiqayırma zavodunun inşası regionda həyata keçirilən ən iri iqtisadi layihələrdən biridir. 
Bu sözləri Dövlət Neft Şirkətinin (DNŞ) prezidenti Rövnəq Abdullayev bildirmişdir.
Hazırda DNŞ-in 300-dən artıq gəmisinin olduğunu deyən R.Abdullayev qeyd etmişdir ki, şirkət əməliyyatlarının 95 faizini dənizdə həyata keçirdiyi üçün Xəzər regionunda ən böyük Gəmiqayırma zavodunun tikintisinə zərurət yaranmışdır. Həyata keçirilən iri layihələrlə əlaqədar bizim gəmilərə ehtiyacımız daha da çoxalır. Zavod işə düşəndən sonra orada 1500-2000 nəfər işləyəcəkdir. Gəmiqayırma zavodu Xəzərdə Azərbaycanın mövqeyini daha da möhkəmləndirəcəkdir.
Qeyd edək ki, Gəmiqayırma zavodunun tikintisi üçün ARDNŞ 65 faiz, Azərbaycan İnvestisiya Şirkəti 25 faiz və Sinqapurun "Keppel" şirkəti 10 faiz paya malik olmaq şərti ilə "Bakı Gəmiqayırma Zavodu" MMC müştərək müəssisəsi yaradılmışdır. Gəmi və üzən qurğuların tikintisi və təmiri üzrə dünyanın tanınmış şirkətlərindən olan "Keppel" şirkəti layihənin operatoru təyin edilmişdir.
Yeni Gəmiqayırma zavodu istifadəyə veriləndən sonra, burada Xəzərdə tələb olunan istənilən növ gəmilərin (tanker, quru yük, yedək-təchizat, sərnişin, kran, dalğıc və digər) tikintisi və təmiri mümkün olacaqdır.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında