Sankt-Peterburqda Azərbaycan və Tacikistan vətəndaşları arasında insidentin təfsilatı açıqlanmışdır

Bu günlərdə Sankt-Peterburqda Obuxov müdafiəsi prospektindəki 269 nömrəli evin həyətində Azərbaycan və Tacikistan vətəndaşları arasında baş vermiş insident barəsində həm Rusiya, həm də Azərbaycan mətbuatında ziddiyyətli məlumatlar dərc edilmişdir. Bununla əlaqədar Azərbaycan Respublikasının Sankt-Peterburqdakı baş konsulluğu bəyanatla çıxış etmişdir. Baş konsulluğun mətbuat xidmətinin bəyanatında deyilir:
"Azərbaycan və Tacikistan vətəndaşları arasında məişət zəminində baş vermiş savaşma nəticəsində alınmış bədən xəsarətlərindən bir nəfər Tacikistan vətəndaşı həlak olmuş, yeddi nəfər, o cümlədən bir Azərbaycan vətəndaşı xəstəxanaya düşmüşdür. Hadisə ilə əlaqədar cinayət işi qaldırılmışdır.
Azərbaycanın baş konsulluğu bu insidentin genişlənməsinin qarşısını almaq üçün Sankt-Peterburqun tacik diasporunun aktivi, Tacikistan Respublikasının fəxri konsulluğu, habelə zərərçəkənlərin doğmaları və yaxınları ilə daim məsləhətləşmələr aparır.
Bundan əlavə, iyulun 12-də şəhərin hüquq-mühafizə orqanlarının, prokurorluğun, Federal Miqrasiya Xidməti İdarəsinin, şəhər administrasiyasının xarici siyasət idarəsinin, habelə milli diasporların nümayəndələrinin, Azərbaycanın və Tacikistanın diplomatik nümayəndəliklərinin rəhbərlərinin iştirakı ilə geniş iclas keçirilmişdir. Azərbaycan Respublikasının Sankt-Peterburqdakı baş konsulu Qüdsi Osmanov, Ümumrusiya Azərbaycanlılar Konqresi İctimai Təşkilatının Sankt-Peterburq regional bölməsinin rəhbəri Akif Qasımov, Sankt-Peterburqun Azərbaycan diasporunun rəhbəri Heydər İmanov və Leninqrad vilayəti qanunvericilik məclisinin deputatı Sayad Əliyev iclasda iştirak etmişlər.
Azərbaycanın baş konsulluğu, şəhər administrasiyasının və hüquq-mühafizə orqanlarının nümayəndələri insidentin mənfi məcrada inkişafının qarşısını almaq üçün mümkün olan hər şeyi edirlər.
Cinayət işinin təhqiqatının gedişi RF İstintaq Komitəsinin Sankt-Peterburq üzrə baş istintaq idarəsinin rəhbərliyinin xüsusi nəzarətindədir".

{nl}

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında