Azərbaycan ilə Türkiyə arasında əmək miqrasiyası sahəsində əməkdaşlığın perspektivləri müzakirə edilmişdir

İyulun 12-də Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin (DMX) rəisi, III dərəcəli dövlət miqrasiya xidməti müşaviri Firudin Nəbiyev Türkiyə Respublikasının əmək və sosial müdafiə naziri Faruk Çelikin rəhbərliyi ilə ölkəmizdə səfərdə olan nümayəndə heyəti ilə görüşmüşdür. 
DMX-dən bildirmişlər ki, Firudin Nəbiyev qardaş ölkələrimiz arasında əlaqələrin bütün istiqamətlərdə yüksək səviyyədə olduğunu, eyni zamanda miqrasiya sahəsində əməkdaşlığın uğurla inkişaf etdirildiyini söyləmişdir.
Xidmət rəisi son illər respublikamızda miqrasiya sahəsində həyata keçirilən islahatlar barədə məlumat vermiş, əldə edilən müsbət nəticələrdən danışmışdır.
Firudin Nəbiyev türkiyəli nazirin ölkəmizə bu səfərinin əmək miqrasiyası sahəsində əməkdaşlıq imkanlarının müəyyənləşdirilməsi baxımından önəmli olacağına əmin olduğunu bildirmişdir.
Azərbaycanın hər bir uğuruna sevindiklərini vurğulayan Faruk Çelik ölkələrimiz arasında əlaqələrin dostluq və qardaşlıq münasibətlərinə söykəndiyini, mövcud əməkdaşlığın bundan sonra da inkişaf etdirilməsi üçün Türkiyə tərəfindən bütün səylərin göstəriləcəyini diqqətə çatdırmışdır.
Görüşdə ölkələrimiz arasında əmək miqrasiyası sahəsində əməkdaşlığın perspektivləri, təcrübə mübadiləsi və s. məsələlər ətrafında geniş fikir mübadiləsi aparılmışdır.
Sonda qonaqlara xatirə hədiyyələri təqdim olunmuşdur.

{nl}

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında