"Şərqi Avropa-Azərbaycan: etibarlı tərəfdaşlığın, elmi əməkdaşlığın perspektivləri və mədəni dialoq" mövzusunda elmi seminar keçirilmişdir

Şərqi Avropada Təhsil Alan Azərbaycanlı Tələbə və Məzunlar (EEASA) İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzində "Şərqi Avropa-Azərbaycan: etibarlı tərəfdaşlığın, elmi əməkdaşlığın perspektivləri və mədəni dialoq" mövzusunda elmi seminar təşkil etmişdir.
EEASA-dan bildirmişlər ki, seminarda SAM-ın direktoru Fərhad Məmmədov, bir sıra Şərqi Avropa və Asiya universitetlərinin rəhbərləri, diplomatik korpusun nümayəndələri, Azərbaycanın müvafiq QHT-lərinin təmsilçiləri, tələbələr və məzunlar iştirak etmişlər.
Seminarı Şərqi Avropada Təhsil Alan Azərbaycanlı Tələbə və Məzunlar İctimai Birliyinin (EEASA) təsisçisi Kamal Axundov açaraq tədbirin məqsədləri barədə məlumat vermişdir.
SAM-ın direktoru Fərhad Məmmədov son illərdə Azərbaycanda əldə olunan inkişafdan danışmışdır. Ölkəmizdə gənclər üçün yaradılan imkanları xüsusi vurğulayan SAM-ın direktoru seminarın işinə uğurlar arzulamışdır.
Tədbirdə Minsk İdarəetmə İnstitutunun, Kiyev İqtisadiyyat və Hüquq Universitetinin, Malayziya Limkokvinq Universitetinin, Belarus Dövlət Universitetinin rəhbər və təmsilçiləri və EEASA-nın baş katibi Tural Hümbətov müzakirə olunan mövzu İlə bağlı fikirlərini bölüşmüşlər.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında