Uşaqların müdafiəsi naminə

Bu günlərdə UAFA təşkilatının IER-Yasamal rayon mərkəzi Bakı Avropa liseyində "1 iyun Uşaqlarin Müdafiəsi günü"nə həsr olunmuş tədbir keçirildi.
Mərkəzin işçiləri və xüsusi qayğıya ehtiyacı olan uşaqların valideynləri tərəfindən təşkil olunmuş bu tədbirdə körpə balalar şeir söylədilər, mahnı və rəqs ifa etdilər.
Bakı Uşaq Teatrının bədii rəhbəri İntiqam Soltanın başçılığı ilə teatrın aktyorları xüsusi qayğıya ehtiyacı olan bu uşaqlarla birgə "Dostluq" tamaşasından parçalar göstərdilər.
Burada həmçinin könüllü olaraq iştirak edən bir qrup gənc də öz musiqi nömrələri ilə uşaqları əyləndirdilər.
Sonda "C'est bon" kompaniyası və "Bala dili" jurnalı uşaqları öz hədiyyələri ilə sevindirdilər.

{nl}

A.ÜLVİ, "Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında