Azərbaycandan Rusiyanın Krasnodar diyarına növbəti humanitar yardım aparan avtomobil karvanı təbii fəlakət zonasına çatmışdır

Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin göstərişinə əsasən, iyulun 10-da Fövqəladə Hallar Nazirliyi (FHN) Rusiya Federasiyasının Krasnodar diyarında təbii fəlakətdən zərər çəkmiş insanlara növbəti yardım göndərmişdir.  
FHN-dən bildirmişlər ki, iyulun 10-da günorta saatlarında Bakıdan Rusiyaya yola düşmüş 51 nəfər şəxsi heyətdən, 22 avtomobildən ibarət yardım karvanı artıq təbii fəlakət zonasına çatmışdır.
Humanitar yardıma içməli su, qadın və uşaqlar üçün geyim dəstləri və gigiyenik paketlər daxildir.
Prezident İlham Əliyevin tapşırığına əsasən, 38 nəfər şəxsi heyətdən, 22 avtomobildən ibarət birinci yardım karvanı isə Bakıdan Rusiyaya iyulun 8-də yola salınmışdır.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında