Nyu-York Senatı azərbaycanlıların soyqırımına dair qətnaməni diaspor təşkilatına təqdim etmişdir

Qətnamə Amerika - Azərbaycan Şurasının səyləri nəticəsində qəbul olunmuşdur
Nyu-York ştatının Senatında 31 Mart tarixinin Azərbaycanlıların Soyqırımı Günü kimi tanınmasına dair qətnaməsinin rəsmi nüsxəsi Amerika - Azərbaycan Şurasına təqdim edilmişdir.
APA-nın voanews.com saytına istinadən verdiyi xəbərə görə, bu barədə ABŞ-da fəaliyyət göstərən Amerika - Azərbaycan Şurası və Amerika-Azərbaycan Cəmiyyətinin açıqladığı birgə press-relizdə məlumat verilir.
3784 saylı qətnamə ABŞ-da fəaliyyət göstərən Amerika - Azərbaycan Cəmiyyətinin (ASA) səyləri nəticəsində qəbul olunmuşdur.
Amerika - Azərbaycan Cəmiyyətinin iyun ayında qətnamənin qəbul edilməsinə dair verdiyi açıqlamada sənədin Nyu-York ştatının Roçester şəhərini təmsil edən senator Ceyms Alesi tərəfindən təqdim edildiyi bildirilir.

{nl}

 

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında