Azərbaycan ilə Türkiyə arasında əmək və sosial müdafiə sahəsində əməkdaşlığın inkişafını nəzərdə tutan sənəd imzalanmışdır

Türkiyə Respublikasının əmək və sosial müdafiə naziri Faruk Çelikin başçılıq etdiyi nümayəndə heyətinin Azərbaycana səfəri çərçivəsində iyulun 12-də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində iki ölkənin nazirlikləri arasında əmək və sosial müdafiə sahəsində əməkdaşlıq üzrə birgə daimi komissiyanın yeddinci iclası keçirilmişdir. 
İclasda komissiyanın 2010-cu il mayın 17-də Ankarada keçirilən altıncı iclasının protokolunda təsbit olunmuş vəzifələr və görülən işlər müzakirə edilmişdir.
İclasın sonunda aparılan müzakirələrin nəticələrinə dair protokol imzalanmışdır.
Protokolda bildirilir ki, tərəflər öz ölkələrində əmək, sosial müdafiə, məşğulluq, miqrasiya, əməyin mühafizəsi və təhlükəsizliyi, və s. məsələlər üzrə fəaliyyətə dair əməkdaşlıq üzrə müzakirələr aparmış və bu sahələrdə qarşılıqlı təcrübə mübadiləsinin daha səmərəli şəkildə davam etdirilməsini məqsədəuyğun hesab etmişlər. Sənədə əsasən, tərəflər əmək, məşğulluq və əmək miqrasiyası sahəsində qanunvericiliyin tətbiqinə dair məlumatlandırma və təcrübə mübadiləsi, əmək qanunvericiliyinə əməl olunmasına nəzarət və təftiş, əməyin mühafizəsi və təhlükəsizliyi sahəsində tədqiqatların aparılması və digər istiqamətlərdə əməkdaşlığı və mütəxəssis mübadiləsini həyata keçirməlidirlər.

{nl}

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında