Azərbaycan Türkiyənin sosial sahədəki kadr potensialı təcrübəsindən faydalanmaq niyyətindədir

İyulun 12-də Azərbaycanın əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərov Türkiyənin əmək və sosial müdafiəsi naziri Faruk Çelikin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşmüşdür.
Görüşdən əvvəl nazirliyin inzibati binası ilə tanış olan qonaqlar burada fəaliyyət göstərən video-konfrans zalına baxmışlar. Video-konfrans zalında Türkiyəli nazir bir sıra bölgələrin sakinləri ilə birbaşa canlı bağlantı yaratmışdır.
Geniş tərkibdə davam edən görüşdə nazir F.Ələkbərov Azərbaycanın sosial-iqtisadi siyasəti barədə qonaqlara ətraflı məlumat vermiş, əhalinin yoxsulluq səviyyəsinin xeyli aşağı düşdüyünü və bu istiqamətdə həyata keçirilən tədbirlərin davam etdirildiyini demişdir. Bildirilmişdir ki, Prezident İlham Əliyevin uğurla həyata keçirdiyi iqtisadi-siyasət neft sektorundan əldə olunan gəlirlə qeyri-neft sektorunu inkişaf etdirməyi prioritet vəzifə kimi qarşıya qoyur. Bu baxımdan bir çox uğurlara imza atılmış, minlərlə iş yeri yaradılmış, işsizlik problemi həllini tapmışdır.
Türkiyə ilə sosial sahədə əlaqələrin yüksək səviyyədə olduğunu söyləyən F.Ələkbərov əməkdaşlığın yeni perspektivlərinə diqqət çəkmişdir. Nazir vurğulamışdır ki, Azərbaycan Türkiyənin sosial sahədəki kadr potensialı təcrübəsindən faydalanmaq niyyətindədir.
Əməkçi miqrantlar məsələsinin də daim gündəmdə olduğunu diqqətə çatdıran azərbaycanlı nazir bu baxımdan əlaqədar yerli qurumların böyük məsuliyyət daşıdıqlarını bildirmişdir. Qanunsuz miqrant axınının qarşısını almaq və əmək balansını pozmamaq istiqamətində işlərin davam etdirildiyi də qeyd edililmişdir.
Türkiyənin əmək və sosial müdafiəsi naziri Faruk Çelik ölkəsinin Azərbaycan ilə bütün sahələrdə, o cümlədən sosial münasibətlərdə maraqlı olduğunu demişdir. İki ölkə qardaşlığının daimi olacağına əminliyini ifadə edən Türkiyəli nazir sosial sahədə də əməkdaşlığın genişləndiriləcəyini və istənilən məsələdə yardıma hazır olduqlarını diqqətə çatdırmışdır.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında