Qızılca qırmadaş zavodunun ikinci istehsal xətti və yeni bunkeri istismara verildi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 6 iyul 2010-cu ildə imzaladığı "Azərbaycan Respublikasında dəmir yolu nəqliyyat sisteminin 2010-2014-cü illərdə inkişafına dair Dövlət Proqramı"nın təsdiq edilməsi haqqında sərəncamın icrası istiqamətində həyata keçirilən işlər yeni mərhələyə qədəm qoyub. 
Dövlət Proqramı çərçivəsində Bakı-Böyük Kəsik istiqamətində 317 kilometr yol əsaslı təmir olunur. Bu günə kimi 100 kilometrə yaxın polad magistrallar yenisi ilə əvəzlənib. Təmir olunan yolların ballast qatını yaratmaq üçün qırmadaşdan istifadə olunur. Tələb olunan qırmadaşın bir qismini "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin Göygöl rayonu ərazisində yerləşən Qızılca qırmadaş zavodu təmin edir.
"Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyəti mətbuat katibliyinin rəisi Nadir Əzməmmədovdan aldığımız məlumata görə, bu günlərdə zavodun ikinci istehsal xətti və yeni bunker istismara verildi. Bu münasibətlə keçirilən tədbirdə "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin sədr müavini Qurban Nəzirov, İnfrastruktur Departamentinin rəisi Füzuli Quliyev, sənaye, nəqliyyat və avadanlıqlar şöbəsinin rəisi Şəfi Həsənov, Yük Daşımaları Departamenti rəisinin qərb istiqaməti üzrə müavini Füzuli Kərimov, "Əsaslı Təmir və Texniki Nəzarət" MMC-nin rəisi Sabir Məhərrəmov, Qızılca qırmadaş zavodunun direktoru Arif Məmmədov və zavodun kollektivi iştirak edirdi.
Məlumt üçün deyək ki, Qızılca qırmadaş zavodu 1959-cu ildən fəaliyyət göstərir və dəmir yolunun çınqıla olan tələbatını yerinə yetirir. Zavodun sutkalıq istehsal gücü 300-350 kubmetrdir. Keçən ildən başlayaraq Dövlət Proqramı çərçivəsində Bakı-Böyük Kəsik istiqamətində 317 kilometr yolun əsaslı təmir olunması çınqıla olan tələbatı artırıb. Yeni istehsal xəttinin və bunkerin istifadəyə verilməsi zavodun istehsal gücünü ikiqat artırmaqla yanaşı, əsaslı təmir olunan yolların ballast qatının böyük qisminin həmin məhsulla təminatına zəmin yaradacaq.

{nl}

Qabil YUSİFOĞLU, "Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında