Qəbələdə sel suları təsərrüfatın ayrı-ayrı sahələrinə ziyan vurmuşdur

Qəbələ rayonuna yağan güclü leysan yağışları nəticəsində yaranan sel suları küçələri, əkin sahələrini, evləri, həyətyanı sahələri basmışdır. 
Rayon icra hakimiyyətindən bildirmişlər ki, iyulun 10-11-də Qəbələ şəhərinə və rayonun dağlıq ərazidə yerləşən Bunut, Nohurqışlaq, Laza, Duruca, Zarağan, Vəndam kəndlərinə güclü leysan yağmışdır. Yağışın əmələ gətirdiyi sel suları kənd yollarına ziyan vurmuş, Qəbələ şəhərinin 10-a yaxın küçəsində suyun hündürlüyü 30 santimetr olmuş, selin yaratdığı sular həyətyanı sahələrə, fərdi yaşayış evlərinin zirzəmilərinə dolmuşdur.
Rayon ərazisindən keçən Tikanlı-Qaraçay, Həmzəliçay, Türyançay, Dəmiraparançay, Bumçay, Mirzəbəyliçay, Vəndamçay çaylarında suyun səviyyəsi iki metrədək qalxmış, sel bəzi ərazilərdə çaysahili mühafizə bəndlərini dağıtmışdır. Dağlardan gələn sel suları Bunud kəndindən keçən Bunudçayın və Daşlıca kəndindən keçən Pirəlliçayın üzərindəki 3 avtomobil körpüsünü, eləcə də Zarağan kəndində və Qəbələ şəhərindən keçən Qaraçay çayının üzərindəki 3 su keçidini dağıtmışdır.
Hazırda rayon fövqəladə hallar komissiyasının nümayəndələri yerlərdə vətəndaşların müraciətlərinə baxır, təsərrüfatın ayrı-ayrı sahələrinə dəymiş ziyanın nəticələrinin aradan qaldırılması üçün tədbirlər görülür.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında