Azərbaycanda pensiyada olma müddəti 3-5 il yox, orta hesabla 16 il təşkil edir

Son vaxtlar bəzi ekspertlər tərəfindən Azərbaycanda yaşa görə pensiya alanların pensiyada olma müddətinin kişilər üçün 3 il, qadınlar üçün isə 5 il təşkil etdiyi barədə ictimaiyyəti çaşdıran məlumatlar yayılır.
Bununla bağlı Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun ictimaiyyətlə əlaqələr sektorundan bildirmişlər ki, həmin məlumatlar həqiqətə uyğun deyildir və bunlar DSMF-nin avtomatlaşdırılmış mərkəzi məlumat bazasında mövcud olan informasiyalarla tam ziddiyyət təşkil edir.
Dövlət Sosial Müdafiə Fondunun müasir standartlara cavab verən mərkəzi məlumat bazasında ölkə əhalisinin 3-də 1-i, yəni 1 milyon 275 min nəfər pensiyaçı və 2 milyondan artıq sığortaolunan barədə dəqiq məlumatlar toplanmışdır. Fondun mərkəzi məlumat bazasında olan göstəricilərə əsasən, son 6 ildə yaşa görə pensiya alan və vəfat etmiş qadınların orta yaşı 77,2, kişilərin orta yaşı isə 75,7 olmuşdur. Statistikaya əsasən, hazırda yaşa görə pensiya alanların pensiyada olma müddəti qadınlar üçün 19 il, kişilər üçün isə 12,7 il təşkil edir. Ümumilikdə isə Azərbaycanda pensiyada olma müddəti orta hesabla 16 ildir.
Fonddan həmçinin onu la bildirmişlər ki, "Əmək pensiyaları haqqında" Qanuna əsasən, güzəştli şərtlərlə əmək pensiyası hüququ olan şəxslər daha erkən pensiyaya çıxırlar və bu kateqoriyadan olan vətəndaşların pensiyada olma müddəti orta hesabla 22 il təşkil edir.

{nl}

Z. BƏŞİRQIZI, "Xalq qəzeti"

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında