Fransanın Milli Kənd Təsərrüfatı Elmi-Tədqiqat İnstitutunun şöbə müdiri AMEA-nın Botanika İnstitutunda olmuşdur

Azərbaycanda meyvə ağacları və tərəvəz bitkilərini yoluxduran fitoplazma xəstəliklərini birgə tədqiq etmək məqsədilə Fransanın Milli Kənd Təsərrüfatı Elmi-Tədqiqat İnstitutunun meyvələrin biologiyası və patologiyası şöbəsinin elmi tədqiqatlar üzrə müdiri Xavier Foissac AMEA-nın Botanika İnstitutunda akademik Cəlal Əliyevin rəhbərlik etdiyi bioloji məhsuldarlığın fundamental problemləri şöbəsində olmuşdur. 
X.Foissac şöbənin əməkdaşları ilə birlikdə fitoplazma xəstəliklərinin əlamətlərinə malik bitkilərin diaqnostikası, onların daşıyıcıları olan həşərat vektorlarının toplanması və bu xəstəliyə qarşı mübarizə tədbirləri barəsində geniş müzakirələr aparmışdır.
Görüş çərçivəsində xəstə ağacların aşkar edilməsi məqsədilə Bakı, Abşeron və Qubaya ekspedisiyalar həyata keçirilmişdir.
Kənd Təsərrüfatı Nazirliyinin Pirşağıdakı Əkinçilik və Tərəvəzçilik, Qubadakı Bağçılıq və Subtropik Meyvələr elmi-tədqiqat institutlarının, AMEA Nəbatat Bağının meyvə və tərəvəz becərilən təcrübə sahələrində xəstəlik əlamətlərinə malik gavalı, şaftalı və ərik ağacları aşkarlanmış, analizlərin aparılması üçün onlardan yarpaq nümunələri toplanmışdır.
Fransalı alim bioloji məhsuldarlığın fundamental problemləri şöbəsinin doktorantı Gülnarə Balakişiyevanın biologiya üzrə fəlsəfə doktoru elmi adı almaq üçün təqdim etdiyi "Azərbaycanda meyvə ağaclarında və tərəvəz bitkilərində fitoplazmaların yayılması və müxtəlifliyinin molekulyar tədqiqi" mövzusunda dissertasiya işinin müzakirəsində də iştirak etmişdir.
Görüşün sonunda X.Foissacın və institutun əməkdaşlarının iştirak etdiyi "dəyirmi masa"da birgə aparılmış elmi-tədqiqat işlərinin nəticələri müzakirə olunmuş, gələcəkdə bu sahədə görüləcək işlər planlaşdırılmışdır.
Qeyd edək ki, Fransa ilə Azərbaycan arasındakı elmi əməkdaşlıq çərçivəsində həyata keçirilən bu cür görüşlərin əsası 2005-ci ildə qoyulmuşdur və bu günədək uğurla davam etdirilir.

{nl}

 

{nl}

 

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında