Vergi hüquqpozmalarına qarşı mübarizə tədbirləri davam edir

2012-ci ilin 1-ci yarımilliyi ərzində vergi ödəməkdən yayınma, qanunsuz sahibkarlıq, həmçinin qanunsuz sahibkarlıq və vergi ödəməkdən yayınma, aksiz markaları ilə markalanmamış malların satılması faktı üzrə ümumilikdə 216 sayda cinayət işi başlanmış, 176 cinayət işi üzrə ibtidai istintaq tamamlanmışdır. 
İstintaqı tamamlanmış cinayət işlərindən külli miqdarda vergidən yayınma, xeyli miqdarda vergidən yayınma, külli miqdarda vergidən yayınma və qanunsuz sahibkarlıq, habelə külli miqdarda qanunsuz sahibkarlıq, külli miqdarda özgə əmlakını mənimsəmə yolu ilə talama faktı üzrə ümumilikdə cəmi 31 iş 34 nəfər barəsində ittiham aktı ilə baxılması üçün aidiyyəti məhkəmələrə göndərilmiş və 145 işin icraatına xitam verilmişdir.
İcraatına xitam verilmiş cinayət işlərindən 106 iş üzrə bir sıra müəssisələrin rəhbərləri və fiziki şəxslər yayındırdıqları vergiləri (14 iş üzrə külli miqdarda) ibtidai istintaq zamanı tamamilə ödədiklərinə görə barələrində olan cinayət işinə xitam verilmiş, departamentdə aparılan araşdırmalar zamanı 6 milyon 997 min manat məbləğində vəsaitin dövlət büdcəsinə ödənilməsi təmin olunmuşdur.
Vergi orqanlarının üzərinə düşən vəzifələrin icrasına köməklik göstərilməsi ilə bağlı müraciətlərə baxılması nəticəsində vergi yoxlamalarından yayınan, fəaliyyətləri barədə bəyannamə təqdim etməyən və əmlakın siyahıya alınmasına maneçilik törədən 481 nəfər vergi ödəyicisi tapılıb müvafiq vergi orqanlarına təqdim edilmişdir.
Vergi hüquqpozmalarına yol vermiş şəxslər barəsində qanunda nəzərdə tutulmuş qaydada mübarizə tədbirləri davam etdirilir.

{nl}

V. BAYRAMOV, "Xalq qəzeti"

{nl}

 

{nl}

 

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında