Azərbaycan Respublikasının prokurorluq orqanlarına işə qəbulla əlaqədar sənədlərin qəbulu davam edir

Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 19 iyul tarixli fərmanı ilə təsdiq edilmiş "Prokurorluğa işə qəbul olunmaq üçün namizədlərlə müsabiqə keçirilməsi qaydaları haqqında" Əsasnaməyə uyğun olaraq, respublika Baş Prokurorluğunun cari il iyunun 5-də vakant olan 100 ştat vahidi üzrə elan etdiyi müsabiqə ilə əlaqədar sənədlərin qəbulu davam edir.
Baş Prokurorluğun mətbuat xidmətindən bildirmişlər ki, təməli xalqımızın ümummilli lideri Heydər Əliyev tərəfindən qoyulmuş dövlət gənclər siyasəti bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bu siyasətə uyğun olaraq prokurorluq orqanlarında müsabiqə yolu ilə işə qəbulun həyata keçirilməsi kadr korpusunun şəffaf prosedurlar əsasında formalaşmasının ən sivil və demokratik yoludur. Bu yolla həyata keçirilən işə qəbul prokurorluğun kadr tərkibinin hərtərəfli biliyə və yüksək mənəvi keyfiyyətlərə malik, dövlətçilik ideyalarına sədaqətləri ilə seçilən gənc mütəxəssislər hesabına komplektləşdirilməsi üçün geniş imkanlar yaratmış, ölkə həyatının bütün sahələrində gənclərin əməyindən hərtərəfli istifadə olunması barədə dövlət başçısının tapşırıqlarının icrası yolunda mühüm vasitə olmuşdur.
Bu günə kimi uğurla keçirilmiş 10 müsabiqə nəticəsində prokurorluq orqanlarında daimi qulluğa qəbul edilmiş 499 gənc hüquqşünas hazırda prokurorluq işçilərinin 51 faizini təşkil edir. Artıq onların sıralarından irəli çəkilən, rəhbər vəzifələrdə işləyənlər də az deyildir.
Bununla da həyata keçirilmiş tədbirlər prokurorluq işçilərinin tərkibinin əhəmiyyətli dərəcədə gəncləşdirilməsi ilə nəticələnmişdir.
Elan edilmiş növbəti müsabiqə ilə əlaqədar sənədlərin qəbulu avqustun 31-nə kimi davam edəcəkdir. Sənədlərin qəbulu başa çatdıqdan sonra test imtahanının vaxtı, yeri və digər məsələlər barədə kütləvi informasiya vasitələri ilə, həmçinin Baş Prokurorluğun internet səhifəsində və qəbul otağında yerləşdirilmiş lövhədə əlavə məlumat veriləcəkdir.
Prokurorluq orqanlarında işləmək arzusunda olan hər bir gənc hüquqşünas Baş Prokurorluğa müraciət edərək tələb olunan sənədləri təqdim etməklə müsabiqədə iştirak edə bilər. Qulluğa qəbulla bağlı tələb olunan sənədlərin siyahısı və digər aidiyyəti məsələlərlə əlaqədar Baş Prokurorluğun internet səhifəsindən (www.genprosecutor.gov.az, www.prokurorluq.gov.az)437-28-56, 492-62-23, 492-74-32, 492-39-95 nömrəli telefonlar vasitəsi ilə zəruri məlumatları əldə etmək olar.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında