Nəsimi rayonunda Milli Qurtuluş Günü qeyd edilmişdir

Ölkəmizin hər yerində olduğu kimi, Nəsimi rayonunda da 15 İyun - Milli Qurtuluş Günü böyük təntənə ilə qeyd edilmişdir.
Bu münasibətlə keçirilmiş tədbiri Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı Nəsib Məhəməliyev açaraq iştirakçıları bayram münasibətilə təbrik etmişdir. Natiq bildirmişdir ki, 15 iyun xalqımızın tarixində dönüş anı olmuşdur. Ümummilli liderimiz Heydər Əliyevin xalqımızın təkidli tələbi ilə 1993-cü ilin iyununda hakimiyyətə qayıdışı müstəqil dövlətimizi anarxiyadan, parçalanmaq və məhv olmaq təhlükəsindən, iqtisadi tənəzzüldən və beynəlxalq təcriddən xilas etmişdir. Milli Qurtuluş Günü Azərbaycanın indiki inkişafının və xoşbəxt gələcəyinin rəhnidir. Ulu öndərin işləyib hazırladığı müstəqil dövlət quruculuğu konsepsiyası müasir Azərbaycan dövlətinin uğurlarının bünövrəsində dayanaraq misli görünməmiş inkişafın əsasını qoymuşdur. Azərbaycanın xoşbəxt gələcəyinə və qüdrətli dövlətə çevrilməsinə yönəlmiş bu siyasət bu gün möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Həmin siyasət sayəsində Azərbaycan regionun lider dövlətinə çevrilmişdir. Dövlətimizin rəhbəri İlham Əliyevin səriştəli idarəçilik qabiliyyətinin nəticəsidir ki, indi respublikamız iqtisadi inkişaf tempinə görə dünyanın ən qabaqcıl ölkələrindən biridir.
Sonra Milli Məclisin deputatları Məlahət İbrahimqızı və Ziyad Səmədzadə, Nəsimi bələdiyyəsinin sədri Natiq Abbasov, 133 nömrəli orta məktəbin direktoru Füzuli Həsənovun çıxışları dinlənildi. Çıxışlarda ümummilli liderimiz Heydər Əliyevin şərəfli ömrünün müxtəlif dövrlərindən danışıldı, onun Azərbaycanın xilası və böyük inkişafı naminə həyata keçirdiyi əzəmətli işlərdən söhbət açıldı. Vurğulandı ki, Azərbaycan xalqı ulu öndərimizin, bütün həyatını doğma Vətəninin çiçəklənməsinə və qüdrətlənməsinə həsr etmiş dahi şəxsiyyət Heydər Əliyevin xoşbəxt gələcəyimiz üçün açdığı yolla inamla irəliləyir.

{nl}

Ayaz HƏMİDOĞLU, "Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında