Azərbaycan Prezidenti İlham Əliyevin göstərişinə əsasən Rusiyanın Krasnodar diyarında təbii fəlakətdən zərər çəkənlərə növbəti humanitar yardım göndərilmişdir

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin göstərişinə əsasən, Fövqəladə Hallar Nazirliyi (FHN) Rusiya Federasiyasının Krasnodar diyarında təbii fəlakətdən zərər çəkmiş insanlara növbəti yardım göndərmişdir. 
51 nəfər şəxsi heyətdən, 22 avtomobildən ibarət olan yardım karvanı iyulun 10-da günorta saatlarında Bakıdan Rusiyaya yola düşmüşdür.
FHN-in Mülki Müdafiə Qoşunlarının komandanı, general-mayor İlham Abdullayev bildirmişdir ki, humanitar yardım əsasən içməli su, uşaqlar üçün gigiyenik paketlər, geyim əşyalarından ibarətdir. Avtomobil karvanı iyulun 11-də təbii fəlakət zonasına çatacaqdır.
Qeyd edək ki, Prezident İlham Əliyevin tapşırığına əsasən 38 nəfər şəxsi heyətdən, 22 avtomobildən ibarət birinci yardım karvanı Bakıdan Rusiyaya iyulun 8-də yola salınmışdır.
AzərTAc

{nl}

 

{nl}

 

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında