Dövlət Miqrasiya Xidmətinin Xaçmaz Regional İdarəsinin açılışı olmuşdur

İyunun 11-də Xaçmaz rayonunda Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin (DMX) regional idarəsi üçün inşa edilmiş yeni inzibati binanın açılışı olmuşdur.
Mərasimdə xidmətin rəisi, II dərəcəli dövlət miqrasiya xidməti müşaviri Arzu Rəhimov, rayonun və hüquq-mühafizə orqanlarının rəhbərləri, ictimaiyyət və KİV nümayəndələri iştirak etmişlər.
İştirakçılar əvvəlcə ulu öndər Heydər Əliyevin rayonun mərkəzi meydanında ucaldılmış abidəsi önünə tər güllər düzmüş, dahi şəxsiyyətin xatirəsini ehtiramla yad etmişlər.
Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Şəmsəddin Xanbabayev yeni binanın istifadəyə verilməsi münasibətilə xidmət əməkdaşlarını təbrik etmiş, onlara gələcək fəaliyyətlərində uğurlar arzulamışdır.
DMX-nin rəisi Arzu Rəhimov çıxış edərək bildirmişdir ki, ulu öndər Heydər Əliyevin uzaqgörən siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi sayəsində Azərbaycan bölgədə lider dövlətə çevrilmişdir. Son illər ölkəmizin sürətli sosial-iqtisadi inkişafı, energetika və nəqliyyat sahələrində beynəlxalq kommunikasiyaların genişlənməsi, eyni zamanda, Azərbaycan Respublikasının geosiyasi mövqeyi miqrasiya axınlarının artmasına səbəb olmuşdur. Bu, öz növbəsində ölkənin inkişafı və təhlükəsizliyinin təmin edilməsi baxımından milli maraqlara uyğun miqrasiya siyasətinin həyata keçirilməsini, onun əsasında miqrasiya proseslərinin tənzimlənməsi sisteminin təkmilləşdirilməsini və inkişaf etdirilməsini zəruri etmişdir.
Miqrasiya sahəsində idarəetmə mexanizminin, o cümlədən DMX-nin fəaliyyətinin təkmilləşdirilməsi sahəsində göstərilən xüsusi diqqət və qayğıya, eləcə də əldə edilmiş bütün uğurlara görə Prezident İlham Əliyevə minnətdarlığını bildirən xidmət rəisi qeyd etmişdir ki, müraciət edənlərin rahatlığının təmin edilməsi, onların quruma müraciət etmək üçün regionlardan uzaq məsafə qət etməməsi, həmçinin xidmətin fəaliyyətinin genişləndirilməsi məqsədi ilə DMX-nin regional idarələrinin təşkili işi uğurla davam etdirilir. Xidmətin dörd - Bakı, Şirvan, Yevlax və Lənkəran regional idarələrinin artıq fəaliyyətə başladığını nəzərə çatdıran Arzu Rəhimov, hazırda digər regionlarda da idarə və qanunsuz miqrantların saxlanılma mərkəzlərinin tikinti işlərinin intensiv davam etdirildiyini nəzərə çarpdırmışdır.
Prezident İlham Əliyevin Dövlət Miqrasiya Xidmətinin yeni inzibati binasının açılışında iştirakının əlamətdar bir hadisə olduğunu deyən xidmət rəisi bildirmişdir ki, Vahid Miqrasiya Məlumat Sistemi işə düşəndən sonra təxminən 82 min əcnəbi və vətəndaşlığı olmayan şəxs tərəfindən xidmətə müraciət olunmuşdur.
Arzu Rəhimov çıxışının sonunda DMX-nin tarixinə yazılacaq bu mühüm gün münasibətilə bütün xidmət əməkdaşlarını, rayon sakinlərini təbrik etmişdir. "Ümidvaram ki, Xaçmaz Regional Miqrasiya İdarəsi DMX-nin bir qolu olaraq qarşıya qoyulan vəzifə və tapşırıqları vaxtında yerinə yetirəcək, üzərinə düşən məsuliyyətin öhdəsindən layiqincə gələcəkdir."
Rəmzi lent kəsildikdən sonra iştirakçılar Xaçmaz Regional Miqrasiya İdarəsinin inzibati binası və burada yaradılmış iş şəraiti ilə tanış olmuşlar.{nl}

 

{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında