Moskvada "Müasir dövlətin fəlsəfi, sosial-iqtisadi və hüquqi əsasları qloballaşma kontekstində" mövzusunda elmi-praktiki konfrans keçirilmişdir

Moskvada, Rusiya Federasiyasının Hökuməti yanında Maliyyə Akademiyasında "Müasir dövlətin fəlsəfi, sosial-iqtisadi və hüquqi əsasları qloballaşma kontekstində" mövzusunda elmi-praktiki konfrans keçirilmişdir. Maliyyə Akademiyasının fəlsəfə fakültəsi tərəfindən təşkil edilmiş konfransda Rusiyanın elmi və iqtisadi birliyinin nümayəndələri, o cümlədən Azərbaycan alimləri də iştirak etmişlər. Konfrans müasir dövlətin aktual ziddiyyətlərinin və problemlərinin müzakirəsinə, qloballaşma şəraitində sosial-iqtisadi inkişaf və demokratik təsisatların təkmilləşdirilməsi məsələlərinə dair elmi-praktiki tövsiyələr hazırlanmasına həsr edilmişdir.
Maliyyə Akademiyasının rektoru, iqtisad elmləri doktoru, professor Mixail Eskindarov konfrans iştirakçılarını salamlayaraq, bu cür elmi müzakirələrin əhəmiyyətini vurğulamışdır.
Azərbaycan Milli Elmlər Akademiyasının Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunun elmi işçisi, Rusiya EA Dövlət və Hüquq İnstitutunun təcrübəçisi, Rusiya Fəlsəfə Cəmiyyətinin Avrasiya bölməsinin elmi katibi Kamilə Gözəlova "Qloballaşma və qloballaşma şəraitində dövlətin rolu (sosial-hüquqi təhlil)" mövzusunda məruzə ilə çıxış etmişdir. Konfransın ikinci bölməsində digər həmyerlimiz, fəlsəfə elmləri namizədi, Rusiya EA Fəlsəfə İnstitutunun doktorantı, Rusiya Fəlsəfə Cəmiyyətinin beynəlxalq məsələlər üzrə vitse-prezidentinin müşaviri Ariz Gözəlov "Qloballaşma və qloballaşma şəraitində dövlətin rolu (sosial-hüquqi təhlil)" və "XXI əsrdə dövlətin sosial-iqtisadi və hüquqi funksiyaları" mövzularında məruzələri tədbir iştirakçılarının diqqətinə təqdim etmişdir.
Rusiya Fəlsəfə Cəmiyyətinin üzvü, Azərbaycan Dövlət Teleqraf Agentliyinin (AzərTAc) Baş direktoru Aslan Aslanovun "Müasir dövlət və vətəndaş cəmiyyəti institutu" mövzusunda məruzəsi nəzərə alınmışdır. Bu məruzədə müasir dövlət institutunun universal prinsiplərinin formalaşması məsələləri, habelə qlobal dünyada müasir dövlət konsepsiyaları təhlil edilmişdir. Fəlsəfə elmləri doktoru, professor, AMEA-nın Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunun direktoru İlham Məmmədzadənin "Əxlaq ilə hakimiyyətin qarşılıqlı təsirinin tədqiq edilməsi metodologiyası" mövzusunda məruzəsi də nəzərə alınmışdır.
Konfransda "Müasir dövlət və vətəndaş cəmiyyəti təsisatları", "Müasir Rusiyada vətəndaş cəmiyyətinin təşəkkülü problemləri", "Qlobal dünyada beynəlxalq münasibətlərin milli və fövqəlmilli aspektləri", "Qloballaşma və milli suverenlik problemləri" və digər məruzələr də müzakirə edilmişdir. Azərbaycanlı alimlərin hamısı diskussiyalarda fəal iştirak etmişlər. Qloballaşma məsələlərinə həsr edilmiş elmi konfransın materialları Maliyyə Akademiyasının elmi məqalələr məcmuəsində dərc ediləcəkdir.

{nl}

Asya HACIZADƏ AzərTAc-ın xüsusi müxbiri
Moskva


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında