Bakıdakı dövlət tabeliyində olan uşaq bağçaları və uşaq evləri "Səba" toyuqları ilə pulsuz təmin olunacaq

Bakı şəhərindəki bütün uşaq bağçaları və uşaq evləri təmənnasız olaraq, "Səba" toyuqları ilə təmin edilməyə başlayıb. 
Bakı Şəhər İcra Hakimiyyəti uşaq bağçaları və uşaq evlərini yüksək keyfiyyətli toyuq əti ilə təmin etmək üçün araşdırmalarını yekunlaşdırıb. Quş əti alınması ilə əlaqədar qərarını "Səba" toyuqları üzərində saxlayan icra hakimiyyəti "Dəvəçi Broyler" ASC-yə müraciət edib. Bu müəssisələrə öz məhsulunu yalnız ödənişsiz verəcəyini bildirən şirkət rəhbərliyi digər şərt də qoyub: müəssisə məhsulların uşaqlara tamamilə və vaxtında çatdırılmasına özü nəzarət edəcək. "Dəvəçi Broyler" ASC-nin şərtlərini razılıqla qarşılayan Bakı Şəhər İcra Hakimiyyəti müəssisə ilə müqavilə bağlayıb. Müqavilə müddətsizdir. İki qurum arasında əldə edilmiş razılaşmaya görə, birinci il ərzində Bakının 11 rayonundakı 308 müəssisəyə təmənnasız olaraq 500 000 kiloqram "Səba" toyuğu veriləcək. 
Nəzarəti daha da gücləndirmək məqsədilə uşaqlar üçün nəzərdə tutulmuş "Səba" toyuqları xüsusi qablaşdırılacaq. Bu qablaşdırma həmin məhsulların satışa çıxarılmasına yol verməmək üçün "siqnal" rolu oynayacaq.

{nl}

 

{nl}

 

{nl}

 

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında