Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin Oğuz rayonunda "Yay məktəbi"nin yeni layihəsi başlanmışdır

Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin Oğuz rayonunda "Yay məktəbi"nin yeni layihəsi başlanmışdır. Layihə gənclərin asudə vaxtlarını səmərəli keçirmələrinə, bir-biri ilə təmas qurmalarına və məlumatlarını artırmağa xidmət edir. Bunun üçün intellektual və əyləncəli yarışlar, idman oyunları ilə yanaşı, müxtəlif mövzularda diskussiyalar da təşkil olunur. 
Növbəti diskussiya Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənovun iştirakı ilə keçirilmişdir. Əli Həsənov bildirmişdir ki, görüşdə əsas mövzu "Heydər Əliyev və Azərbaycan gəncliyi" olmuşdur. Biz ümummilli liderimizin həyatından, fəaliyyətindən, onun Azərbaycan gəncliyi ilə bağlı tövsiyələrindən, gənclərimizi necə görmək istəyindən danışdıq, Azərbaycan gəncliyinin vətənpərvərliyi, dilimizi, mədəniyyətimizi, adət-ənənələrimizi bilmələri, bəşəri dəyərləri mənimsəmələri və inkişaf etdirmələri, Vətəni sevmələri, iradəli, dünyagörüşlü, xalqına layiqli övladlar kimi böyümələri ilə bağlı məsələlər ətrafında diskussiyalar apardıq.
AzərTAc

{nl}

 

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında