Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın rəsmi saytı fəaliyyətə başlamışdır

Heydər Əliyev Fondunun vitse-prezidenti, "Baku" jurnalının baş redaktoru, Rusiya Azərbaycanlı Gənclər Təşkilatının sədri Leyla xanım Əliyevanın rəsmi saytı fəaliyyətə başlamışdır.  
Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyindən bildirmişlər ki, Azərbaycan, rus və ingilis dillərində təqdim olunan yeni saytda (www.leyla-aliyeva.az) Leyla xanım Əliyevanın çoxşaxəli fəaliyyətinin bütün istiqamətləri ilə bağlı dolğun məlumatlar əldə etmək mümkündür.
Yüksək keyfiyyətlə, dizayn baxımından peşəkar səviyyədə hazırlanmış saytın "Fəaliyyət" bölməsində Leyla xanım Əliyevanın Heydər Əliyev Fondunda, "Baku" jurnalında, İslam Konfransı Təşkilatı Gənclər Forumunda, Rusiya Azərbaycanlı Gənclər Təşkilatında və IDEA Beynəlxalq Ətraf Mühit Kampaniyasındakı (International Dialogue for Environmental Action) fəaliyyəti əks olunmuşdur. Bölmələrin hər birində müvafiq rəsmi saytlara keçid yerləşdirilmişdir.
Saytda Leyla xanım Əliyeva tərəfindən təsis olunmuş, Azərbaycanın dünyada təbliğ edilməsində xüsusi rolu olan "Baku" jurnalının fəaliyyəti ilə tanış olmaq mümkündür.
Leyla xanım Əliyevanın Azərbaycan həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılması istiqamətindəki əvəzsiz və yorulmaz fəaliyyəti, "Xocalıya ədalət" kampaniyası çərçivəsində gördüyü işlərlə bağlı məlumatlar ayrıca bölmədə yer almışdır.
Saytda Leyla xanım Əliyevanın təşəbbüsü ilə fəaliyyətə başlayan, gəncləri bir araya gətirərək onları ətraf mühitlə harmoniyada yaşamaq üçün məlumatlandırmağa və həvəsləndirməyə xidmət edən IDEA Ətraf Mühit Kampaniyası ilə bağlı da geniş məlumatlar vardır. Bundan başqa, sayta daxil olanlar Leyla xanım Əliyevanın səfərlərini interaktiv xəritə vasitəsilə izləyə, müxtəlif mətbuat orqanlarına verdiyi müsahibələrlə tanış ola biləcəklər.
Saytda Leyla xanım Əliyevanın fotoları və videoları da yerləşdirilmişdir. Bunun üçün ayrıca "Şəkillər" və "Video" bölməsi yaradılmışdır. Burada Leyla xanım Əliyevanın iştirak etdiyi tədbirlər yüksək keyfiyyətlə və peşəkarlıqla əks olunmuşdur.
Saytın "Yaradıcılıq" bölməsində Leyla xanım Əliyevanın şeirləri, rəsm əsərləri də yerləşdirilmişdir.
"Bioqrafiya" bölməsində isə Leyla xanım Əliyeva tərəfindən çəkilmiş şəkillər yer almışdır.
Yüksək peşəkarlıq və bədii zövqlə hazırlanmış sayt Leyla xanım Əliyevanın fəaliyyətini tam dolğun əks etdirir.
AzərTAc

{nl}

 

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında