Beynəlxalq təşkilatların Bakıya toplaşması bizi məmnun edir

İstər Krans Montana olsun , istər digər hansısa təşkilat, istənilən beynəlxalq qurumun Azərbaycan paytaxtına gəlməsi, burada dünya miqyaslı tədbir keçirməsi bu ölkənin bütün vətəndaşları kimi biz Türkiyə türklərini də sevindirir və məmnun edir. Çünki biz ulu öndər Heydər Əliyevin dediyi kimi "bir millət, iki dövlətik". Biz Azərbaycanın bütün uğurlarını öz uğurlarımız sayırıq.
Krans Montananın Azərbaycanla genişmiqyaslı, əhatəli əməkdaşlığına gəlincə isə deyim ki, bu heç də təsadüfi bir hal deyil. Bu təşkilat BMT, Avropa İttifaqı, Avropa Şurası, YUNESKO, İSESKO və başqa beynəlxalq təşkilatlarla əhatəli bir işbirliyinə malikdir.Yəni müasir dünya düzəni üçün xüsusi önəmi olan bir qurumdur. Krans Montananın Azərbaycanla bu şəkildə əməkdaşlığı gənc müstəqil Azərbaycanın əsaslı uğurlarından biridir. Nə üçün belə düşünürəm?
Çünki Krans Montananın əməkdaşlıq etdiyi ölkələr barədə məlumatım var. Bilirəm ki, Krans Montana demokratiyadan uzaq olan, insan hüquqları qorunmayan, iqtisadiyyatı inkişaf etməyən , beynəlxalq aləmdə mənfi imici olan ölkələrə üz tutmur. Azərbaycanın hərtərəfli inkişafı isə digər beynəlxalq təşkilatlar kimi Krans Montananı da cəlb edir.
Mən həm iyunun 29-da Bakıda keçirilmiş forumu, həm də gələn il Azərbaycanda keçiriləcək Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunu göz önünə gətirəndə başqa bir məsələ haqqında düşünürəm: Görünür dünya ölkələri məhz bu məqamları nəzərə alaraq BMT Təhlükəsizlik Şurasına seçkilər zamanı Azərbaycanı o dərəcədə, yüksək mütəşəkkilliklə dəstəklmişdilər. Qardaş Azərbaycana daha böyük uğurlar arzulayırıq.

{nl}

Hayrettin İVGİN, Türk Dünyası Araşdırmaları Uluslararası Elmlər Akademiyası Ankara başkanı, professor

{nl}

 

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında