Ölkəmizin beynəlxalq nüfuzunu artıran forum

Azərbaycanın dövlət müstəqilliyi əbədiləşdikcə, ölkəmizin siyasi çəkisi və iqtisadi qüdrəti artdıqca dünyanın aparıcı beynəlxalq təşkilatlarının respublikamıza olan marağı da gündən -günə xüsusi çalarlarla zənginləşir. İndi artıq elə bir beynəlxalq təşkilat yoxdur ki, rəsmi Bakı ilə hansısa əməkdaşlığa can atmasın. Ona görə də Azərbaycan rəhbərliyi təkcə ölkəmiz üçün deyil, həm də regionumuz və bütövlükdə dünya üçün xüsusi önəm kəsb edən təşkilatlarla əməkdaşlığa daha çox üstünlük verir.
1986-cı ildə İsveçrə rəsmilərinin dəstəyi ilə yaradılan, indiyədək 22 dəfə dünyanın müxtəlif ölkələrində mütərəqqi düşüncəli ziyalıları öz ətrafına toplamış Krans Montana Forumu da rəsmi Bakının böyük məmnunluqla əməkdaşlıq etdiyi ölkələrdən biridir.
Krans Montana (İsveçrədə dağ xizəkçiliyi ilə məşhur olan kurort məkanının adı ilə bağlıdır) Forumunun 23-cü toplantısının Azərbaycanda keçirilməsi bizim üçün bir neçə cəhətdən önəmlidir. Əvvəla ona görə ki, bu forum Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə növbəti dəfə çatdırılmasını təmin etdi. Yəni dostlarımız da , bədxahlarımız da gördülər ki, Bakıda yenicə istifadəyə verilmiş Heydər Əliyev Mərkəzi bütövlükdə bəşəriyyət üçün xüsusi əhəmiyyət kəsb edən məsələlərin müzakirə olunduğu ünvana çevrilir. Nədir bu bəşəriyyət üçün əhəmiyyət kəsb edən məsələ? Söhbət ondan gedir ki, Krans Montana Forumu ümumdünya mədəniyyətlərarası dialoqun genişləndirilməsinə xüsusi töhfələr verən bir təşkilatdır. Azərbaycan isə son 5-6 ildə bu istiqamətdə keçirilən bir sıra beynəlxalq tədbirə ev sahibliyi edib. Üstəlik gələn il ölkəmizin paytaxtında növbəti Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçiriləcək. İyunun 29-da Bakıda keçirilən forum bir növ indiyədək formalaşmış Mədəniyyətlərarası dialoqa dair Bakı Prosesi adlı mühüm tarixi sənədin beynəlxalq aləmdə təbliğinə də xidmət edəcək.
Bir neçə ölkənin dövlət rəsmilərinin və çoxsaylı beynəlxalq təşkilatların rəhbərlərinin iştirak etdiyi Bakı Forumu bizim üçün bir də ona görə əhəmiyyətli oldu ki, bu forum çərçivəsində keçirilən plenar iclasda Azərbaycanın birinci xanımı Mehriban Əliyevaya forumun ali mükafatı təqdim olunmuşdur. " Qadın hüquqları insan hüquqlarıdır, insan hüquqları isə qadınların hüququdur" mövzusunda keçirilən plenar iclasda bu sahədə xüsusi xidmətləri olan Mehriban xanım Əliyevaya Krans Montana Forumunun " Prix de la Fondation" mükafatının verilməsi bir daha sübut etdi ki, bu beynəlxalq təşkilat sözün həqiqi mənasında haqqın və ədalətin tribunası kimi çıxış edir. Çünki Mehriban xanım Əliyevanın bu sahədəki xidmətləri dünyanın bütün beynəlxaq təşkilatları tərəfindən yüksək qiymətləndirilir.

{nl}

Tofiq BAKIXANOV, Respublikanın xalq artisti, Bakı Musiqi Akademiyasının professoru

{nl}

 

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında