Azerfon beynəlxalq TeleManagement Forumunun üzvü oldu

Azerfon TeleManagement Forumuna daxil olan ilk Azərbaycan şirkəti oldu. 195 ölkənin 700-dən artıq korporativ üzvünü birləşdirən TM Forum şirkətlərin iş səmərəliliyinin təkmilləşdirilməsinə yönlənmiş dünyanın aparıcı peşəkar assosiasiyasıdır. Forum rəqəmsal xidmətlərin yaradılması və çatdırılması yolunun dəyişdirilməsi üzrə praktik həllər, tövsiyələr və qabaqcıl idarəçilik təcrübəsini təmin edir.
"Bizim şirkət üçün TM Forumda üzvlük müştərilərimizə qabaqcıl və yenilikçi texnologiyaların, eləcə də lazımi səriştələrin təmin edilməsində mühüm bir addımdır. TM Forum kimi yüksəksəviyyəli beynəlxalq platformalarda iştirak etməklə və Vodafone, Microsoft, NSN kimi şirkətlərlə tərəfdaşlıq etməklə "Azerfon" qlobal telekommunikasiya təcrübəsindən yararlana bilər", - "Azerfon" şirkətinin idarə heyətinin üzvü Cüneyt Türktan bildirmişdir.
TM Forum T-Mobile, AT&T, IBM, ORACLE, HP kimi dünyanın ən böyük kommunikasiya, texnologiya və media şirkətlərini bir yerə gətirir. 3 ildən bir qədər artıq fəaliyyət göstərən "Azerfon" şirkəti yerli mobil telekommunikasiya bazarının aparıcı gücü olmuşdur. Nar Mobile brendinin müvəffəqiyyətlə istifadəyə verilməsi onu ən yaxşı qiymətlərə malik olan, ölkə daxilində tanınmış operatora çevirmişdir. Azerfon-Vodafone brendinin vasitəsilə 3G texnologiyasının Azərbaycanda ilk dəfə istifadəyə verilməsi müştərilərimizə ünsiyyət imkanlarını genişləndirmək imkanını yaratmışdır. Bütün bunlar "Azerfon" şirkətinin müştəriyə yönələn texnoloji lideri imicini gücləndirmişdir.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında